Maşını sürdükcə təkərlərdən xışıltı gəlir, uzaqda it hürür, külək vıyıldayır və ətrafdakı qarlı dağlardan sərin meh gəlir. Dağ günəşində «qaralmaq» üçün yetərincə istidir, ancaq eyni zamanda da maşına çatana kimi donacaq qədər də soyuqdur. Təbiətlə iç-içə olmaq ehtiyacı hiss etdiyim üçün həftəsonu dağlara qaçdım. Özümü ‘dəblə ayaqlaşan’ hiss edəndə məni həmişə musiqi və ya şiddətlə tövsiyyə etdiyim “Endel” tətbiqi müşayiət edir.
Kənd yerlərində buzlu amerikano tapmaq çətin məsələdir, ancaq mən onu necəsə yenidən yarada bildim. Omlet, dilimlənmiş xiyar və təzə bişmiş çörəklə tamamladım. Özünü bilirsiniz necə etmək lazımdır. Bir müddətdir yazmasam da, mənzərədə və ya rejimimdəki dəyişikliklər məni yazmağa vadar etdi.
Açığı, ekranda çox vaxt keçirmək planım yox idi, amma bilirsiniz də bu necə olur, biz həmişə özümüzə yalan danışmağa davam edirik. Mən bura gəlmək istəyim haqqında düşünürdüm və o ‘istəyi’ analiz etmək qərarına gəldim. Bu zaman beynimdəki həmin o sim mənə çox tarixi bir araşdırmanı xatırlatdı.
Araşdırma və təklik haqqında danışmağa davam etməzdən əvvəl ətrafımdakı gözəlliyi görməyinizi istərdim. Nəzərinizə çatdırım ki, bu mənzərə bakıdan maşın məsafəsindədir. Düşünürəm ki, bu gözəlliyə saatlar ərzində çata bilmək böyük zənginlikdir.


“25-ci Kainat” 1950-1960-cı illərdə amerikalı biheviorist John B. Calhoun tərəfindən aparılmış bir araşdırma idi. Mübahisəli olsa da, bu araşdırma yəqin ki biheviorizm psixologiyası sahəsində ən təsirli təcrübələrdən biri idi, çünki o, ilk növbədə kiçik məkanlarda həddindən artıq sıxlığın heyvanların davranışına təsirlərini aşkar etməyə yönəldilmişdi.
Bu araşdırmada o, dörd cüt siçanı “utopiya”ya yerləşdirdi. Utopiyadakı ətraf mühit vəhşi təbiətdə ölümə səbəb olacaq problemləri aradan qaldırmaq üçün nəzərdə tutulmuşdu. Siçanlar su şüşələri və eyni anda 25-ə qədər siçanı qidalandıra biləcək tunellər ilə əldə edilən 16 yemək qabı vasitəsilə sərhədsiz qida əldə edə bilirdilər. Yuva qurmaq üçün hər şey var idi. Temperatur 68 ° F (20 ° C) səviyyəsində saxlanılırdı, bu da, özlüyündə, siçan olmayanlar üçün olmasa da, siçanlar üçün mükəmməl istilik sayılır. Siçanlar Milli Sağlamlıq İnstitutunun heyvandarlıq koloniyasından sağlamlığına görə seçilmişdilər. Hər hansı bir xəstəliyin həmin bu “utopiya”ya daxil olmasının qarşısını almaq üçün həddindən artıq ehtiyat tədbirləri görülmüşdü.
Bu siçanlar üçün utopiya idi. Onların bütün ehtiyacları ödənilirdi və orada yırtıcılar yox idi. Onlar qida zəncirinin yeganə sakinləri idi. Onlar ovlanmır və yemək axtarmırdılar.
Siçanların sayı 620-yə çatdıqda,siçan cəmiyyətində problemlər yarandığı üçün bu rəqəm təxminən hər 145 gündən bir ikiqat artmaq dərəcəsinə qədər yavaşlamağa başladı. Siçanlar qruplara ayrılmağa başladılar və bu cəmiyyətdə özünə rol tapa bilməyənlər gedəcək yer tapmadılar.
Bu araşdırma 1950-ci illərin sonlarında Merilend Universitetinin Siçovullar Koloniyası 2-də (həmçinin 25-ci Kainat kimi də tanınır) aparılmışdır. Tədqiqat hər iki cinsdən olan siçovullarla doldurulmuş 15x15x12 fut ölçülü çəpərlənmiş sahədən ibarət idi. Siçovullar yaxşı qidalanırdılar və onların mühiti bol su və qidaya, həmçinin daldalanacaqlara və digər əyləncə formalarına çıxışı təmin edirdi.
Bundan əlavə, Calhoun siçovulların sağ qalmalarına və inkişaf etmələrinə kömək etmək üçün texnoloji vasitələr də təmin etmişdi. Bunlara siçovulların sahə daxilində digər siçovullarla birbaşa təmas etmədən, mürəkkəb yollardan keçməsinə imkan verən plastik tunellər daxil idi.
Təcrübə 1958-ci ildən 1965-ci ilə qədər davam etdi və onun ən nəzərə çarpan nəticəsi həddən artıq sıxlığın heyvanların davranışına təsiri idi. Calhounun araşdırmaları göstərdi ki, çəpərlənmiş sahə sıxlaşdıqca, siçovullar anormal davranış nümunələri nümayiş etdirməyə başladılar. Bu nümunələrə sosial qarşılıqlı əlaqədə kəskin azalma, aqressiv davranışların artması və “təkliyin” çoxalması da daxil idi.
Bu araşdırma nəticəsində Calhoun belə qənaətə gəldi ki, yaşayış şəraitində həddindən artıq sıxlıq heyvanların psixi sağlamlığına və rifahına kəskin mənfi təsir göstərə bilə. Bu araşdırma bu gün də rezonans doğurur və onun nəticələri müasir cəmiyyətdə fiziki mühitin davranışa necə təsir edə biləcəyini müzakirə etmək üçün istifadə olunur.

“Uğursuzluqla qarşılaşan erkəklər fiziki və psixoloji cəhətdən geri çəkildilər; onlar çox hərəkətsiz oldular və utopianın mərkəzinə yaxın böyük hovuzlarda toplandılar. Bu andan etibarən onlar artıq mövcud partnyorları ilə qarşılıqlı əlaqə qurmağı dayandırdılar və onların davranışları ərazidəki digər erkəklərin hücumuna səbəb yaratmırdı. Bununla belə, digər geri çəkilmiş erkək siçovulların hücumları nəticəsində onlar çoxlu yaralar və çapıqlarla xarakterizə olunurdular.”
Bütün bunlar “utopiyanın” süqutunun birinci mərhələsində idi. Calhaun “ikinci ölüm” adlandırdığı mərhələdə analarının hücumlarından sağ çıxan gənc siçovullar bu qeyri-adi siçan davranışları ətrafında böyüyürdülər. Nəticədə, onlar heç vaxt adi siçovul davranışlarını öyrənmədilər. Onların bir çoxu cütləşməyə çox az maraq göstərirdilər və ya heç bir maraq göstərmirdilər. Bu siçanlar özlərini tək başına təmizləməyə və tək yemək yeməyə üstünlük verirdilər.
Beləliklə siçanların sayı 2200-ə çatdı – bu isə “utopianın” faktiki (3000) siçan tutumundan az idi. Getdikcə azalma baş verdi. Siçanların çoxu çoxalmaqda maraqlı deyildi və sahənin yuxarı göyərtələrinə getdilər. Digərləri isə aşağıda öz dəstələrinə və eləcə də digər dəstələrə mütəmadi olaraq hücum edib kannibalizmlə məşğul olan şiddətli dəstələrə çevrildilər. Aşağı doğum və yüksək ölüm səviyyəsi zorakılıqla birləşdi və tezliklə bütün koloniya məhv oldu. Siçovul istilası zamanı qida kifayət qədər var idi və onların bütün ehtiyacları tamamilə ödənilirdi.
Calhoun çöküşün səbəbi kimi gördüklərini “davranışın çökməsi” adlandırdı.
Calhoun deyirdi ki, siçan kimi sadə bir heyvan üçün ən mürəkkəb davranışlar qarşılıqlı əlaqə, ana qayğısı, ərazi müdafiəsi və ierarxik qrupdaxili və qruplararası sosial təşkilatı əhatə edir.
“Bu funksiyalarla əlaqəli davranışlar yetişmədikdə, sosial təşkilatlanmanın inkişafı və çoxalma olmayacaqdır. Bu halda yuxarıda bildirdiyim araşdırmada olduğu kimi, əhalinin bütün üzvləri qocalacaq və nəticədə öləcəklər. Bütün növlər yox olacaq”.
O, siçovul təcrübəsinin insanlara da aid ola biləcəyinə inanırdı və allah eləməmiş bütün ehtiyaclarımızın ödənildiyi gün insanlığın da məhv ola biləcəyi barəsində xəbərdarlıq etmişdi.
Bu araşdırmanın “finalı”nın insanlara nə dərəcədə tətbiq oluna biləcəyi müzakirə mövzusudur. Bununla belə, eksperimentdəki dəyişikliklər zamanla tətbiq oluna bilər.
Araşdırma zamanı siz müşahidə etdiniz ki, bütün ehtiyacların ödənildiyi və həddindən artıq sıxlığın yarandığı “utopiya” daxilində çoxlu psixoloji dəyişikliklər baş verdi. Onlardan bəziləri – təkliyə ehtiyac, cütləşməyə və ya qarşılıqlı əlaqəyə marağın itməsi sayıla bilər.
Nə siz, nə də mən inkar edə bilmərik ki,biz hər bir halda belə sosial interaktiv dövrdə və məskunlaşmış şəhərlərdə yaşayaraq bu həvəsimizi daim inkişaf etdiririk.
Təbii ki, biz siçanlardan daha mürəkkəb canlılarıq, ancaq buna baxmayaraq, bizim davranış tərzimizin dəyişməsinə təsir edəcək amillər daha çoxdur.
Təklik başqalarından uzaq özünə qapanma və ya təcrid vəziyyətidir. Bu hal çox vaxt qaçınılması lazım olan bir vəziyyət kimi görünsə də, gündəlik həyatımızda həqiqətən faydalı ola bilir.
Biz insanların başqaları ilə mənalı əlaqə qurmaq istəyi var. Bizim emosional dəstəyə və yaxınlığa ehtiyacımız öz şəxsi rifahımız üçün çox vacibdir. Bunula belə, müntəzəm olaraq tək vaxt keçirməyin də faydaları çoxdur.
Tədqiqatlar göstərir ki, təklikdə vaxt keçirmək yaradıcılığı, konsentrasiyanı və özünü analiz etmək bacarığını inkişaf etdirə bilər. Təklik bizə emosiyalarımızı idarə etməyə və həyatdakı dəyərlərimizə və məqsədlərimizə aydınlıq gətirməyə kömək edə bilər. Bu, sosiallaşmaqdansa, tək vaxt keçirərək daha enerjili hiss edən introvertlər üçün dəyərli ola bilər.
Təklik həm də azadlıq hissi bəxş edə bilər. Bu, bizə həqiqətən lazım olan bir hissdir. Təklik bizi sıxıcı mühitlərdən və həddən artıq yorğun hiss etməkdən qoruya bilər. Bu, bizə stress verən insanlardan və ağır keçirilmiş gündən qurtulmaq şansı verir.
Digər bir tərəfdən isə, həddindən artıq tək qalmağın mənfi təsirləri də ola bilər. Bu,bizi narahat edən məsələlərdən qaçmaq yerinə, həddən artıq götür-qoy etməyə və fikirləşməyə gətirib çıxara bilər. Həddən artıq tək qalmaq ruhi və fiziki sağlamlığımız üçün ciddi nəticələrə səbəb ola biləcək tənhalığa gətirib çıxara bilər.
Təkliyin və ünsiyyətin sağlam balansını qorumaq üçün əsas ehtiyaclarımızı tanımaq və həyat tərzimizi buna uyğunlaşdırmaq vacibdir. Komfort zonamızdan çıxmaq və başqaları ilə əlaqə yaratmaq üçün səy göstərməyimiz və ya sosial vəziyyətlərdən uzaqlaşaraq həddindən artıq ünsiyyətə ara verməyimiz lazım ola bilər. Ünsiyyətə və təkliyə olan ehtiyacımız arasında düzgün tarazlığı tapmaq rifahımız üçün vacibdir.
Həyat tərzimizin necə olmasından asılı olmayaraq bəzən tək qalmaq faydalı ola bilər. Sağlam və balanslı yaşamaq üçün tez-tez özümüzlə “baş-başa” qalaraq öz qayğımıza qalmalıyıq.
COVID-19 pandemiyası, xüsusən də evdən işləyən və ya əlavə ailə məsuliyyətləri olanlar üçün “özümlə baş-başa” tendensiyasına bir neçə yolla təsir etdi. Hamını əhatə edən pandemiya özünə qulluq və şəxsi məşğuliyyətlərə zaman ayırmağı çətinləşdirdi. Onlayn yığıncaqların və evdən işləmənin çoxalması ilə bu ritmdən ayrılmaq çətinləşdi və bu da stress və narahatlıq hissinin artmasına səbəb oldu. Bir çoxları öz sərhədlərini təyin etmək və bir az da “özümlə baş-başa” zaman ayırmağı faydalı hesab etdilər. Bəziləri gün ərzində öz öhdəliklərindən uzaqlaşa və özləri ilə tək ola biləcəkləri boş vaxt və ya qısa fasilələr yaratmağın dəyərini anladılar. Bundan əlavə, onlar rəqəmsal və ya sosial mediada keçirdikləri vaxtı məhdudlaşdırmanın gün ərzində özünə qulluğa daha çox vaxt ayırmağa kömək edə biləcəyini anladılar.
Henry David Thoreau təklik mövzusunda yazmış ən məşhur müəlliflərdən biridir. O da Walden kimi öz əsərlərində bu konsepsiya haqqında geniş yazılar yazmışdır.
Tək qalmaq istəyəndə nələrdən uzaq durmalısan? Tək qalmaq istəyəndə mən aşağıdakıları edirəm:
1. İnsanların çox olduğu yerlər – Alış-veriş mərkəzləri, kinoteatrlar və idman tədbirləri kimi insanların çox olduğu yerlərdən uzaq durun.
2. Sosial media – Özünüzü sosial medianı yoxlamaqdan saxlayın, çünki bu, diqqəti yayındırmağa, bildirişlərə və sosiallaşmaq üçün dəvətlərə səbəb ola bilər.
3. Maneələr – Ailənizə və dostlarınıza bildirin ki, siz tək qalmaq istəyirsiniz. Sizi narahat etməsinlər.
4. Həddindən artıq səs-küy – Sakit bir yer tapın və ya özünüzə dinc mühit yaratmaq üçün qulaqcıqlardan, qulaq tıxaclarından və ya ağ küy tətbiqlərindən istifadə edin.
5. Ekran vaxtı –Bütün cihazları kənara qoyun və ekranla əlaqəli olmayan məşğuliyyətlər tapmağa çalışın.
6. Günahkarlıq – Özünüzə vaxt ayırmalısınızsa, buna görə özünüzü günahkar hiss etməyin. Tək qalmaq üçün vaxt ayırmaq vacibdir və onu təxirə salmaq olmaz.
Ən vacibi məhz sonuncudur, özünü günahlandırmamaq!
Məncə, bu yazdıqlarım ikimizə kifayətdir.
Gününüz xoş keçsin!
Pura Vida!
*mənbə iflscience.com