Bioqrafiya

Rəşad Mirzəyev 1988-ci il mayın 5-də Gəncə şəhərində anadan olub. 132-134 nömrəli Təhsil Kompleksində ibtidai təhsilini, Bakı Oksford Məktəbi və İngiltərənin Brayton şəhərində yerləşən “Bellerbys” kollecində isə orta təhsilini alıb.

Rəşad Mirzəyev 2006-cı ildə Londonun City Universitetinə “CASS Business School” daxil olub və 2010-cu ildə burada Biznesin Təşkili və İdarəolunması üzrə bakalavr dərəcəsi qazanıb. O, 2014-cü ildə Fransada INSEAD biznes məktəbində Strategiya və Beynəlxalq Menecment kursu keçib. 2019-cu ildə isə Stanford universtitetində qeyri-maliyyə idarəedici üçün maliyyə və mühasibatlıq kursunda iştirak edib.

2010-2012-ci illərdə Pepsi.co məhsullarının Azərbaycan distribyutoru olan Benkons MMC-nin satış rəhbəri olub. 2013-cü ildən Azərbaycan Proyekt Menecerlərinin Assosasiyasının vitse-prezidentidir. Rəşad Mirzəyev ATL Group-un təsisçisi və icraçı direktorudur.

Subscribe to my Personal & Professional Blog

We don’t spam! Read our privacy policy for more info.