Bu günlərdə xəbər portalları COVID-19, statistika və artan ölüm nisbəti, işsizlik problemləri, təcridlər və sosial çaxnaşma ilə doludur.Bu çətin günlədə sahibkarlar kəskin qərarlar verməyin vacib dilemması ilə üzləşirlər. Mən özüm də bununla üzləşirəm və buna görə də qərar qəbul etmə prosesini olduğundan daha asan etmək qərarına gəlmişəm.
Mövcud fürsətləri uğurla araşdıran, gələcək yenilikləri axtaran və riski idarə edən şirkətlər “ikili təşkilatlar” adlandırıblar. Bu təşkilatlar keçmiş uğurların məhsul və proseslərində iştirak edərkən eyni zamanda gələcəyi formalaşdıracaq fürsətlərdən də yararlanırlar. Mövcud olan idarəetmə strukturunda 1) zərərli riskləri idarə edən və 2) imkanları kapitallaşdırmaqla dəyər yaratmağa yönələn, həm riskləri, həm də imkanları müəyyənləşdirərək, idarə edə, ölçə və izləyə bilən ikili təşkilat yaratmaq. Belə sistemə daxildir:
1) Risk və fürsətlərin effektiv müəyyənləşdirilməsi,o cümlədən:
- Risk mənbələrinin
- Fürsət mənbələrinin
2) Risk və fürsətlərin effektiv idarə olunması, o cümlədən:
- Risk tələbatının qiymətləndirilməsi və dəyişdirilməsi
- Risk və fürsətlərin qiymətləndirilməsi
- Risklərin idarə edilməsi
- Fürsətlərin idarə edilməsi
- Strategiyanı, xərc və fürsətləri, mövcud quruluşu, sistemləri və risk tələbatını nəzərdən keçirmək üçün monitorinq və idarəetmə sistemi.
3) Real seçim/ və ya ssenarilərlə birlikdə risklərin və fürsətlərin ROI vasitəsi ilə effektiv qiymətləndirilməsi.
Aqressiv şəkildə fürsətlərin axtarılmasını «qalib gəlmək üçün oyna” (PTW) strategiyası hesab etmək olar. PTW, açıq şəkildə rəqabətin asanlıqla və ya tezliklə uyğunlaşa bilməyəcəyi əhəmiyyətli dərəcədə üstünlük əldə etmək üçün innovasiyaya sərmayə qoymaq məqsədi daşıyır. PTW yenilik formatında bir şirkət, rəqabəti qabaqlamaq niyyəti ilə texnologiya, məhsul və biznes modellərində olan dəyişikliklərə kapital qoyur. Hal-hazırda mövcud tendensiyaya uyğunlaşmağa çalışan, uzaqdan işləmənin vacibliyini anlayan bir çox təşkilat müşahidə edirik. Lakin inkişaf etməkdə olan ölkələrin əksər şirkətləri bu format ilə bir çox çətinliklərlə üzləşirlər. Onlar təcrid şəklində fəaliyyət göstərməyə məcbur olsalar da, təşkilatdakı idarəetmə sistemi belə iş prosesinə uyğunlaşdırılmayıb.
Şirkət risk götürülməsi və effektiv idarə zamanı innovasiyadan biznes strategiyasının əsas hissəsi kimi istifadə edir. Lakin əsas məqsəd dəyərin qorunması və risklərin məqbul həddə qaytarılması olduqda, bu «uğursuzluğa düçar olmamaq üçün oyna” (PNTL) hesab edilə bilər. 2008-ci ildən bəri heç bir şirkət bölgədə və bütün dünyada olan qeyri-sabitlik səbəbindən növbəti 5 il üçün tətbiq oluna biləcək strategiyanı öncədən görə, planlaşdıra və qura bilmədiyi üçün Azərbaycanda olan əksər şirkətlər bu strategiyanı mənimsəyiblər.
Şirkətin PTW və ya PNTL strategiyasına əməl etməsindən asılı olmayaraq, rəsmi analiz risklərin idarə edilməsi, fürsətlərin müəyyənləşdirilməsi və kapitallaşdırılmasında kömək edə bilər. Yuxarıdakı rəsmdə Mart ayı üçün düşüncə istiqaməti və təşkili baxımından faydalı saydığım risk və fürsətlərin idarə olunması prosesi təsvir edilmişdir
Digər tərəfdən, prosessə baxsaq və onu xırdalasaq uzunmüddətlilik belə görünərdi:
1. HƏLL ET
COVID-19-un qurumun işçilərinə, müştərilərə, texnologiya və biznes tərəfdaşlarına yaratdığı problemləri dərhal həll edin.
2. ELASTİKLİK (NAĞD PUL KRALDIR)
Virusla əlaqəli baş verən nağd pul problemlərini və iqtisadi təsirlərdən yaranan gecikmələri həll edin.
3. GERİ DÖNÜŞ
COVID-19 inkişaf etdikcə və əks təsirləri daha da aydınlaşdıqca, işinizi sürətlə genişləndirmək üçün ətraflı plan qurun.
4. YENİDƏN XƏYAL EDİN
Növbəti normalı yenidən xəyal edin; və hansı dəyişikliklər etməli olduğunuzu düşünün.
5. İSLAHAT
Sənayedə tənzimləmə və rəqabət mühitinin necə dəyişə biləcəyinə dair açıq olun.
və nəhayət, böhranın “EDİLMƏMƏLİ” məslələri:
- Soyuqqanlı olun, potensial ölümcül ssenarilərdə sürünməyin.
- Beyninizi kəskin dəyişikliklərə açıq saxlayın
- Komanda ilə ünsiyyəti məhdudlaşdırmayın, ünsiyyəti 3 dəfə artırın (adi ünsiyyət səviyyəsi ilə müqayisədə).
- Bəyanatlarınızda qeyri-müəyyən olmayın. Şirkətinizin nə ilə üzləşdiyini komandanıza izah edin.
- Neqativ olmayın, sizin pozitivliyiniz COVID-19-un özündən daha yoluxucu olmalıdır.
Sonda:
Bildirmək istərdim ki, həmvətənlərim mövcud problemə kifayət qədər laqeyd münasibət göstərirlər və mən həqiqətən də dövlət məmurları tərəfindən təyin edilmiş qaydalara riayət etməyi məsləhət görürəm.
Sağlam qal və #evdeqal