Müəyyən bir müddət ərzində nə qədər qazancınız olur? Qazandığınız pulun miqdarını necə idarə edirsiniz? Şəxsi maliyyənin idarəolunması insanların böyüməsi və müvəffəqiyyət qazanması ssenarilərində olan ən vacib şeylərdən biridir. Uğurlu fərdlərin şəxsi maliyyə idarəçiliyi baxımından özlərinə addım-addım uyğunlaşdırdıqları bir proseduru var.
Maliyyə menecmenti öz büdcəsinə nəzarət və istiqamətləndirmə qaydalarını əhatə edən bir sıra standartlar, qaydalar və hətta protokollar kimi izah edilə bilər. Bununla yanaşı, bura müəyyən bir məqsədə çatmaq üçün köməkçi atributların təşkili və planlaşdırılması da daxildir. Bu məqalə, şəxsi maliyəyə və ya gəlir nisbətlərinə görə öz büdcəsini idarə etmək üçün məsləhətlər axtaran hər kəs üçün yardımcı bir vasitədir.
Məsləhət 1. İndiyə olan maliyyə vəziyyətinizi qiymətləndirin.
Mövcud maliyyə vəziyyətinizin mövqeyini anlamaq, şəxsi maliyyə idarəetməsi mərhələsinin ilk mühim tövsiyəsidir. Bu həll yolunun onurğa sütunu banklarda nə qədər pulunuz olduğunu və s. bilməkdir. Bütün dünyadakı sertifikatlaşdırılmış maliyyə planlaşdırıcılarına görə, maliyyə idarəçiliyi kontekstində irəliləmək, cari pul vəziyyətinizi anlamaq və bilməkdən keçir.
Bu məsləhət üzərindən manevr etmək istəyən biri üçün bu, investisiya, qənaət, pul gəliri, təhsil, gəlir axını və s. kimi amillərə əsaslanaraq idarə olunan kompleks bir maliyyə təklifi və ya planıdır. Maliyyə təklifi, əldə edə biləcəyiniz və şəxsi maliyyə idarəetməsi yönündə axtarışınıza davam edə biləcəyiniz bir şeydir. Bununla belə, rəsmi bir maliyyə təklifi hazırlamağınıza kömək edə biləcək maliyyə planlaşdırıcıları kimi mütəxəssislər var.
Mövcud maliyyə vəziyyətinizi necə qiymətləndirirsiniz? Sonuncunun həlli çox sadədir. Ayda bir dəfə planlaşdırılmış sabit gəlir və pul axınınızı qeyd edin. İkinci məsələ həmin ayda baş vermiş bütün xərclərinizi qeyd etməkdir. Müxtəlif planlaşdırma məsləhətçilərinə görə, aylıq gəlir və xərclərin qeyd edilməsi təcrübəsi maliyyə cədvəlinizin tendensiyasını təsəvvür etməyinizə kömək edir. Bu məsləhətin müvəffəq olması üçün digər vacib yol da təchizatlar vasitəsi ilə sərf etdiyiniz bütün gəliri etibarlı şəkildə qorumaqdır. Beləliklə, pullarınızın şəbəkənin xaricində xərclənib-xərclənmədiyini analiz etmək mümkündür.
Məsləhət 2: Maliyyə Hədəfləri və Şəxsi Üstünlük şərtdir.
Qlobal səviyyədə maliyyə cəhətdən sabit olan şəxslərin və ya şirkətlərin müvəffəqiyyət hekayələrində o yeganə hack var. Maliyyə hədəfləri maliyyə qrafikinizi daha yüksək və davamlı şəkildə artıracaq öldürücü zərbədir. Bu kontekstdə real hədəflərin müəyyənləşdirilməsinə ehtiyac var. Müxtəlif maliyyə planlaşdırıcılarına əsaslanaraq, maliyyə vəziyyətinin bir dəfə müəyyən edilməsi, maliyyə hədəflərini qorumaq üçün əsas şeyləri anlamaq üçün bir qapıdır. Hər halda aşağıdakı ssenarilərə də göz gəzdirin.
Şəhərdə yaşayırsınızsa, əsas maraqlarınız səyahət və macəradır. Eyni kontekstdə, müxtəlif peşə sahiblərinin etdiyi ev işləri kimi başqa bir prioritetiniz də var. Maraq dərəcənizə əsasən bir prioriteti çıxartmağa qərar verə bilərsiniz. Təmizlik xidmətlərindən və ya impulsiv alış-verişdən imtina etmək işə yaraya bilər. Bu isə öz növbəsində maliyyə hədəfləri axtarışında xərclərin artacağını göstərir. Şəxsi üstünlük və maliyyə hədəfləri bu çərçivədə digər hack hücumlarının müvəffəq olmasına gətirib çıxaran bir hiylədir. Şəxsi maliyyə idarəetməsi üçün növbəti məsləhətə fikir verin.
Məsləhət 3: Büdcənin yaradılması və ona uyğunlaşmaq
Büdcə yaratmaq və maliyyəni necə xərcləməyi müəyyənləşdirmək sənəti çox asan bir işdir. Yəni bir büdcə cızma qara etmək fərdlər üçün heç vaxt çətin olmayıb. Lakin büdcəyə sadiq qalmaq insan həyatının ən çətin mərhələlərindən biridir. Yaratdığınız büdcəyə uyğunlaşmağa gəldikdə özünütərbiyə əsl çağırışdır. Maliyyə hədəflərinizə uyğun bir büdcə yaratmaqla öz prioritetləriniz və maliyyə hədəfləriniz baxımından büdcə yaratmağınızda fərq var. Şəxsi səviyyədə maliyyə idarəçiliyi axtarışında olanlar üçün ən effektiv yol büdcənin prioritetlərə və hədəflərə görə hazırlanmasıdır. Büdcə qurarkən bunu ağlınızda tutun.
Bəzən büdcə gözləniləndən çox yüksək ola bilər. Bənzər ölçülü fəaliyyətlərin dəyərini daha az əhəmiyyətli xərclərə qədər azaldın. Aşağıdakı nümunəni nəzərdən keçirin: Qəhvə düzəltmək üçün inqrediyentlər almaq sevimli kafenizdən bir fincan qəhvə almaqdan daha ucuz başa gəlir. Digər misal daha sərfəli ancaq eyni zamanda şəxsi keyfiyyətinizi qoruyacaq resident seçməkdir. Qeyd edin ki, verdiyiniz istənilən qərar sizə neqativ təsir göstərməməlidir.
Məsləhət 4: Fövqəladə vəziyyət üçün böhran fondları.
Bu, bir çox insanın düzgün başa düşmədiyi bir hackdir. Böhran vəziyyəti nədir? Bu, maliyyə baxımından diqqətinizi tələb edən gözlənilməz bir hadisədir.
Müəyyən zaman ərzində qazandığınız hər gəlirə görə, özünüzə “vergi” qoymalısınız.
Özünə vergi qoymaq dedikdə, bir insanın öz büdcəsinə baxmayaraq pula qənaət etmək üçün idarə edilə bilən bir alqoritmə sahib olmasını nəzərdə tuturam. Əgər sizin bir ayda gözlənilən gəlir axınınız 100.000 dollardırsa, siz minimum olaraq bu gəlirin 30%-nə vergi tətbiq etməlisiniz. 30.000 dollar böhran fonduna getməli , qalan hissə isə büdcəyə qoyulmalı və qənaət edilməlidir. Digər maliyyə mütəxəssisləri qazancınızın minimum 10%-nin fövqəladə vəziyyət üçün ayrılmalı olmasında israr edirlər. Böhran fondlarının ən azı üç və ən çoxu altı ayı təmin edəcək şəkildə toplanması vacibdir. Təssüf ki, bizdə bir ay ərzində olan çoxsaylı toy mərasimləri fövqəladə hal sayılır.
Məsləhət 5: Pulunuza qənaət edin.
Başlıq özü hər şeyi deyir…
Məziyyətlərlə dolu gələcək yaşamaq istəyirsinizsə, 10 % ilə% 20 arasında təqaüd fondunuz olmalıdır. Məsələn, əgər bir ay ərzində qazancınız 1.000 dollardırsa, bunun 10% -20%-i ayda 100-200 $ arasında dəyişməlidir. 20 illik iş həyatınızın sonunda qənaət etdiyiniz məbləğ düzgün investisiyalar üçün kifayət edəcəkdir.
Məsləhət 6: Borclarınızı ödəyin.
Bir fərdin yeganı borcu mənzil borcları olmalıdır. Müasir mənzil məs. müstəsna olaraq ipoteka. Yenə də, kredit götürməyə məcbursunuzsa, faiz nisbətində ən aşağı gəlir dərəcəsi olan ən yaxşı maliyyə şirkətini tapın. Qısa müddətli kreditlər götürməyi fikirləşin. Üç il ərzində borc ödəmək artıq uzun bir müddətdir və borc götürən adam bu təcrübəni dayandırmağı düşünməlidir. Nəyin bahasına olursa olsun borclardan çəkinin.
Məsləhət 7: Müntəzəm olaraq şəxsi audit və tərəqqi hesabatı aparın.
İnsan başa düşməlidir ki, özünüidarəetmə prosesi tədricən gedir. Əgər siz, bu ay əhəmiyyətli dərəcədə qənaət etmisinizsə, növbəti ay qənaət etdiyiniz məbləği artırmağa çalışın. Böyümə miqyasınızı izləyin və keçmişə baxanda qənaət səviyyənizi azaltmadığınızdan əmin olun. Mən inanıram ki, yuxarıda göstərilən məsləhətlərə əməl etsəniz, sizi əsl zövq gözləyir.