
Əminəm ki, hər biriniz ən azı bir dənə şəxsi inkişaf və sağlamlıq haqqında kitab oxumusunuz. Xoşbəxtlikdən, ya da ki bədbəxtlikdən, mən çoxlu belə kitablar oxumuşam. İstər inanın, istərsə də inanmayın, sağlam bir bünövrəniz olmasa, oxuduğunuz kitabların heç biri işə yaramayacaq. Demək istədiyim odur ki, “siz axar qumda ev tikə bilməzsiniz”
Elə buna görə də, beynimdə olan bu ideya burulğanını sizinlə bölüşməyə cəhd edəcəm. Sizə o möhkəm və rəngarəng evi əsaslı zəmində tikməyin yolunu izah etməyə çalışacağam.
Axşam saat doqquzdur və mən Leççedəyəm. İtaliyanın Salento şəhərində yerləşən enerjik və cavan şəhərcik. Bununla belə, bu şəhərcik çox tarixidir. “Cittadino” adlanan kafedə oturmuşam, fonda gözəl musiqi səslənir. Qarşımda inanılmaz bir mənzərə var. Bu, Piazza St. Oronzo’nun tam mərkəzində yerləşən “L’Anfiteatro Romano” arenasıdır. Bəli, doğru anladınız, “L’Anfiteatro Romano” qladiator döyüşləri, məhbuslar və edamlar üçün istifadə olunurdu. Sizin indi ağlınıza kolizey gəlir bilirəm, amma Romano çox fərqlidir. O nəhəng bir dəlik kimi inşa edilib. Şəkli aşağıda paylaşıram.


Rəfiqəm və onun dostu Fede içki içərkən mən də bir az özümlə vaxt keçirməyə qərar verdim. Bu çox yaxşı qərar oldu.
Mövzudan uzaqlaşdığımı, məni əhatə edən mənzərə haqqında yazmağa başladığımın fərqindəyəm. Bunun birinci səbəbi odur ki, bu axşam mənə kifayət qədər poetik hiss etdirir. Digər səbəbi isə, bu yazının mənim əl ilə yazdığım ilk yazım olmasıdır. Cəmi 15 dəqiqə əvvəl Cittadino kafesindən 100 metr aralıda yerləşən Tabacceria-dan qəribə bir qeyd dəftəri aldım. “Da Michele” adlı kiçik bir pizzaxananın düz yanında oturmuşam. Bu yazını oxuyanların bir çoxu üçün bu kafe heç nə ifadə etmir. Ancaq “Eat pray love” filmini izləyənlər üçün çox şey ifadə edə bilər. Bu, Julia’nın getdiyi həmin o məşhur pizza şəbəkəsidir.
Əhval-ruhiyyəni düzgün seçəndən sonra sözügedən mövzuya qayıdıram. Özümün hazırladığım Piramidaya.
Mən bu sxemi bir neçə il əvvəl başa düşmüşəm və onu cəmi üç dəfə səsləndirmişəm. Bir dəfə Rosalina ilə, ikinci dəfə həmkarım İsmayılla, sonuncu dəfə isə Türkiyədə “Alaçatı”-da. Bəzi ideyaların yetişməsi üçün vaxt lazımdır.
Bu piramida çox sadədir. O mənə “daha yaxşı yaşamağa” kömək edir. Sözün əsl mənasında. Piramidanın 4 seqmenti var – yatmaq, yemək, hərəkət etmək və sevgi/seks. Mən 100% əminəm ki, əgər məndə bu dörd sütun “doğru” olmasa, həyatda heç nədən tam həzz ala bilmərəm.
Məncə hər şey individualdır. Buna görə də “doğru” sözünü dırnaq arasında yazmışam. Mütləq şəkildə hamıya uyğunlaşacaq bir sistem yoxdur. Sizin üçün nəyin doğru olduğunu anlamalısnız. Hətta siz öz piramidanızı da qura bilərsiniz. Hələlik isə mənimkilərdən istifadə edə bilərsiniz.
Mən kiməsə məsləhət verməyi və qəti cavablar verməyi sevmirəm. Əgər verilən məsləhət sizin vəziyyətinizə uyğunlaşmırsa, bu halda o məsləhətin heç bir mənası yoxdur. Mən qəti və mübahisə doğurmayan cavablar vermək əvəzinə, oxucuları düşünməyə vadar etməyi üstün tuturam.
Qəribədir ki, bu sxem daxilində dəqiq olan tək şey aşağıdakılardır.

“Ən vacib seqment yuxudur”
Yuxu olmasaydı, bu struktur işləməzdi. Aşağıdakıları qeyd etmək istərdim. Bu məqalədə yazdığım hər şey elm tərəfindən təsdiqlənmiş məlumatlardır. Bir müddət əvvəl dostlarım Co Roqan və İlya məni sevimli alimim Endryu Hubermanla tanış etdilər. Görün Stenfordun professoru yuxunun əhəmiyyəti haqqında nə deyir:
Yuxunu yaxşılaşdırmaq üçün elmi yollar çoxdur. Mənim istifadə etdiyim bəzi hiylələr var. Bu yaxınlarda özümə iki zəngli saat təyin etmək nəzəriyyəsinə başladım, birini oyanmaq, digərini isə yuxu üçün qoşuram.
Saat 23:00-dan səhər saat 4:00-ə kimi istənilən parlaq işığa məruz qalmaq dopamin sistemində ciddi pozuntulra səbəb olur. Belə ki, sonrakı günlərdə əhvalınızda və yaddaşınızda problemlər yaranır.
Baş verən hadisələrin öz axını var. Başqa sözlə desək, biz yanlış vaxtda işığa baxdığımıza görə cəzalandırılır, düzgün vaxtda baxdığımıza görə mükafatladırılırıq.
Beləliklə, mən oyananda hava buludlu olsa belə, özümü işığa tuturam- o kortizola təkan verir, həm də melatoninin ifraz olunması üçün şərait yaradır. Bundan əlavə , mən pəncərənin qarşısında 10 dəqiqə dartınma hərəkətləri etməyə çalışıram. Axşam saat 22:00-23:00 arası gözləri və bədəni fasiləsiz yuxuya hazırlamaq üçün evdə bütün işıqları söndürürəm.
Yeri gəlmişkən, mən tətildə olanda sadaladığm bütün bu addımları tətbiq etmirəm . Tətildə olanda şıltaq arzularım mənə nə deyirsə, onu da edirəm.
Yuxunun dərindən öyrənilməsi ilə əlaqəli başqa bir link də paylaşıram.
İndi isə mən karpaççomu yedikdən sonra davam edə bilərik. Sizə pis bir xəbərim var – piramidadakı dörd seqmentin hamısı bir-biri ilə əlaqəlidir. Gündəlik həyatınızdan zövq ala bilmək üçün onların hər birinə ideal şərait yaratmalı və dördünün də ideal sintezini tapmalısınız.
Yadınızda saxlayın.
Bu dörd seqment zehninizi, bədəninizi və ruhunuzu qidalandırmalıdır. Bəli, bilirəm, çətin məsələdir. Bunu özünüz həll etməlisiniz. Etdiklərim hamısı özümü daha yaxşı, məhsuldar və enerjik hiss etmək üçündür. Əks halda, nə mənası var?
Növbəti segment budur:

“Yeyin” dedikdə, mən bədəninizə daxil olan hər şeyi nəzərdə tuturam. Yəni, qidalanmanı.
Bir çox pəhrizlər var; ketolar, araqlıqlı oruclar, aşağı karbohidrat tərkibli pəhrizlər və s. Lakin, biz əsas qidaları ikiqat azaltsaq bu, heç kimə uyğun olmayacaq. Mən sizə sadə bir yanaşma məsləhət görərdim. Çiy, üzvi qidaları maksimum dərəcədə artırın və qida rasionunuza bəzi qızardılmış dəniz məhsulları və toyuq əlavə edin. Qırmızı əti, qızardılmış qidaları, ən əsası hazır və saflaşdırılmış qidaları minimuma endirin. Bütün bunları edərkən bədəninizin sizə göndərdiyi signalları müşahidə edin. Bu signallar yorğunluq, solğun rəng, ağrılar və müxtəlif həzm siqnalları ola bilər.
Məsələn mən qırmızı ət yeməyi 99% azaltmışam.Qırmızı ət mənim məhsuldarlığımı azaldır, yuxulu edir və onu həzm etmək çox uzun çəkir.
Mən düşünürəm ki, açıq-aydın fayda verən yanaşmaları tətbiq etməklə siz öz qidalanma planınızı hazırlaya bilərsiniz. İstər inanın, istərsə də inanmayın, qidalanma planı düzgün qurulsa, bu sizə daha sürətli öyrənməyə, daha iti düşünməyə, artıq çəkini itirməyə, istədiyiniz əzələ kütləsini yığmağa, daha yaxşı yatmağa və partnyorunuzla daha yaxşı cinsi əlaqəyə kömək edəcək. Bəli, düz oxudunuz! Silkələnin və hərəkətə keçin!
Doğru səy və təcrüblər ilə fərdi yemək vərdişinizi kəşf edə bilərsiniz. Necə deyərlər, “sən yediklərindən ibarətsən!”
Gəlin 3-cü, mənim ən sevimli segmentimə keçək.

Bunun mənim ən çox sevdiklərimdən birinin olmasının səbəbi odur ki, mən bütün həyatım boyu həvəskar idmançı olmuşam. 5 ildən çox tennislə, 3 ildən çox kik boksla, 15 ildən çox basketbolla və son 10 ildə fitnesslə məşğulam. Bəli, bəziləri bir-biri ilə üst-üstə düşüb. Bununla belə, bu mənəm! Məni yaşadan budur. Mən hərəkət dedikdə, sözün əsl mənasında istənilən bir hərəkəti nəzərdə tuturam.
Xatırlatma: gündəlik gəzinti hərfiyən edə biləcəyiniz minimum hərəkətdir. Bundan əlavə, addımlarınızı saymaq edə biləcəyiniz ən gülməli işdir, bu, gün ərzində gözünüzü neçə dəfə qırpmağınızı hesablamaq kimi bir şeydir. Ürək və ya oynaq problemləriniz varsa və edə biləcəyiniz yeganə şey yeriməkdirsə, bu halda mən sizi başa düşə bilərəm. Ancaq istənilən halda, sadəcə gəzintiyə çıxmaq bədəninizə və ürək-damar sisteminizə minimal təsir göstərir.
Hər hansı bir hərəkətin məqsədi ürək döyüntüsünün artması olmalıdır. Ürək döyüntünüz 130 BPM (dəqiqədə döyünmə) və ondan yuxarı olduqda çəki ata və ya yağ itirə bilərsiniz. Açığı mən dietoloq və ya məşqçi deyiləm, ancaq bu barədə bir-iki şey bilirəm. Bu məqaləni yazmaqda mənim əsas məqsədim özünüzü daha yaxşı və sağlam hiss etməyinizə kömək etməkdir.
Dediklərimin məğzi budur: Hərəkət edin! Gəzinti, qaçış, xizək sürmək, üzmək, dırmaşmaq, güləş, dartınma hərəkətləri və ya yoqa. Ürəyinizdən gələn istənilən bir şeyi edin və bədəninizi hərəkətdə saxlayın. Bədəninizdə hiss etdiyiniz hər şey əhvalınıza, hormonal səviyyənizə və hətta özünə inamınıza təsir edir.
Şəxsən mən uzun illər boyu fit və atletik görünmək istəyirdim. Ancaq indi mən funksional məşqlər etmək istəyirəm. Gücü, sürəti və çevikliyi artırmaq istəyirəm. Bu yenə də mənəm! Sən isə özün olmalısan!
Siz hər şənbə gəzintiyə çıxa, ya da Ironman Barcelona-ya hazırlaşa bilərsiniz. Mən bunu bir daha təkrar edirəm – etdiyiniz hərəkət bədəninizi, zehninizi və ruhunuzu qidalandırmalıdır.
İndi isə Əlinin Piramidasının son seqmentinə keçə bilərik. Sevgiyə və Seksə.

Orta məktəbdə keçdiyimiz biologiya dərsləri yadıma düşür; bütün sinif 16-cı paraqrafı səbirsizliklə gözləyirdi. Mövzu isə “Çoxalma” idi. Bizim bu yeniyetmə marağımız valideynlərimizin sevgi, münasibətlər, seks və çoxalma haqqında sərbəst danışa bilməməsindən irəli gəlirdi.
Biz biologiya dərsindən bəzi cavablar almağı səbirsizliklə gözləyirdik. Bütün bir semestrin 3 rübünü gözlədikdən sonra müəllimimiz o dərsi buraxmaq qərarına gəldi və bizi heyrətamiz şəkildə alt-üst etdi.
Buna baxmayaraq, bu yazıda mən heç nəyi ötürməyəcəm və öz fikrimi dilə gətirəcəm.
Yenə də hər şey biologiyaya gəlir, biz məməlilər sinfinə aidik. Bizi instinktlərimiz idarə edir. Bununla belə, biz məməlilərin yeganə növüyük ki, sonunda “varlıq” sözü var. İnsanda olduğu kimi.
İcazə verin izah edim. Bir zürafəyə onun üç əsas ehtiyacını versəniz, o başqa heç nə istəməyəcək. Qida, yaşamaq üçün yer və çoxalma – bu qədər. Zürafə xoşbəxtdir. Halbuki biz insanların istəkləri sonsuzdur. Biz məhz o işi, o maşını, o evi, o qadını və s. istəyirik. Bizə bu arzulardan möhkəm yapışmadan var olmaq çox çətindir, lakin mümkündür. Partnerimizə qarşı olan ali və cinsi istəklərimiz də istisna deyil.
Bəs niyə bu seqment iki sözdən ibarətdir? Sevgi və Seks. Çünki biz həyatımızın müxtəlif dövrlərində fərqli şeylər istəyirik. Düşünürəm ki, bu gün nə istəyirsənsə, normal olan elə odur.
Sevgisizlik, cinsi əlaqənin olmaması və ya əldə edilməmiş arzular sizi dopamindən (xoşbəxtlik hormonu) məhrum edir. Lap fit olun, sağlam yeyin və körpə kimi yatın. Nə faydası var?! Əgər bir gecəlik və ya ömürlük partnyorunuzla bağlı arzularınızı həyata keçirə bilmirsinizsə, o zaman nəhəng yatağınızda tək və qəmgin olacaqsınız.
Buna görə də mən o istəklərin və impulsların arxasınca getməyin tərəfdarıyam.
Yazını bitirməmişdən əvvəl yaxşı münasibət (tərəfdaşlıq) haqqında nə düşündüyümü söyləmək istəyirəm. İnsanlar cütlüklərdən danışanda istifadə etdikləri “onlar bir-birini tamamlayırlar” ifadəsi ilə razılaşmıram. Məncə, ideal münasibət 2+2=4 və ya 1+3=4 demək deyil.
İdeal münasibət, iki insanın ayrı-ayrılıqda tək yaşamaq və mövcud olmaq qabiliyyətinə sahib olması, lakin görüşdükləri zaman bir-birlərini bir çox cəhətdən dəstəkləməsidir. Bu insanlar bir-birlərinin ehtiyaclarını ödəyir, istəklərini yerinə yetirir, bir-birlərinə inanır və bir-birlərini dəstəkləyirlər. Bunlar hamısı epinefrin, dopamin və hətta testosteron kimi hormonal səviyyələrin dəyişməsinə səbəb olan hər şeylərdir. Beləliklə, bütün bunlar baş verəndə ideal münasibət yaranır. Bu, 2+2=10-a, 2+2=20-yə, 30-a və hətta 100-ə çevrilməsidir!
Buna görə də “bir-birini tamamlamaq” sözü cəfəngiyyatdır. Məhdudiyyətlər qoymadan, qarşındakı insana sahib olmaq istəmədən və qısqanclıq göstərmədən cütlüklərin bir-birini super qəhrəman elan etməsini çox sevirəm. Sevgi azadlıqdır!
Seksə gəldikdə isə, sevimli komik Dave Chapelle belə deyib: “Hər kəsin sevişmə tərzi kiməsə gülməli gəlir”. Son olaraq, mənim mesajım sizədir, əziz cənab və ya xanım.
Bədəniniz nə etmək istəyirsə onu edin. Seks təkcə maye mübadiləsi deyil. Bununla siz həm də enerji mübadiləsi edirsiniz. Münasibət istəmirsinizsə, biraz eşqbazlıq edin və seçiminizdə diqqətli olun. İmpulslarınızı və arzularınızı izləyin. Siz insanlığın uzun illər varlığı boyunca, məhz bu xüsusi zamanda mövcud olmaq üçün seçilmisiniz. Əgər şanslısınızsa, 80-90 il yaşayacaqsınız. Beləliklə, həzz alın.
Pura Vida