1958-ci il aprel ayında Dostu Hume Loganın ondan “Həyat dərsi” verməsini xahiş etdiyi məktuba cavab yazanda Hunter S. Thompsunun 22 yaşı var idi.
Thompsonun “Qeyd məktubları”nda tapılmış bu məktub indiyə kimi rastlaşdığım ən mənalı və dərin məsləhətləri təqdim edir.
22 aprel 1958-ci il
Perri küçəsi 57
Nyu York şəhəri
Əziz dostum Hume,
Məndən məsləhət istəyirsən.. Ah! Bu necə də insani və eyni zamanda da təhlükəli bir işdir! Həyatı ilə bağlı məsləhət istəyən birinə məsləhət vermək insanın egosunu qaldırmağa çox yaxın bir şeydir. Bir insana məqsədinə çatması üçün məsləhət verməyə cürət etmək, barmaqların əsə-əsə ona düzgün yolu göstərməyə çalışmaq yalnız və yalnız axmaq insanın öz üzərinə götürəcəyi işdir!
Mən axmaq deyiləm, amma sənin məndən səmimi şəkildə məsləhət istəməyinə hörmətlə yanaşıram. Buna baxmayaraq, mənim dediklərimi dinləyərkən, bütün məsləhətlərin onu verən şəxsin öz şəxsi təcrübələrindən irəli gəldiyini unutmamağını səndən xahiş edirəm. Biri üçün doğru olan şey digəri üçün fəlakət ola bilər. Mən həyata sənin gözlərin ilə baxmıram. Eləcə də sən mənim gözlərim ilə baxmırsan. Əgər mən sənə müəyyən bir məsləhət verməyə cürət etsəm, bu, kor bir insanın yol göstərməyinə bənzəyər.
“Olum, ya ölüm..” budur məsələ..Hansı daha şərəflidir? Azğın taleyin müdhiş oxlarına susub dözmək yoxsa fəlakətlər dənizlərinə qarşı silahlanıb üsyan etmək?…” (Şekspir)
Əslində, elə əsas məsələ də budur: axına qoşulmaq, yoxsa məqsədə doğru üzmək. Bu, həyatımızın bir anında hər birimizin şüurlu və ya şüursuz şəkildə etməli olduğumuz bir seçimdir. Çox az adam bunu dərk edir! İndiyə kimi gələcəyinizə təsir etmiş hər hansı bir qərarınızı düşünün: mən yanıla da bilərəm, amma verdiyiniz qərarın dolayı yolla belə olsa – axına qoşulmaqla üzmək arasında etdiyiniz seçimdən başqa bir şey ola biləcəyini düşünmürəm.
Ancaq heç bir məqsədiniz yoxdursa, niyə də axına qoşulub üzməyəsiniz ki? Bu da başqa bir sualdır. Şübhəsiz ki, qeyri-müəyyənlik içində üzməkdənsə, üzməkdən həzz almağınız daha yaxşıdır. Bəs insan qarşısına necə məqsəd qoyur? Hərdəmxəyal bir məqsəd yox, real və qəti bir məqsəd. İnsan kənardan cazibədar görünsə də, dadsız və heç bir məzmunu olmayan “böyük şəkərli dağ”-ın arxasınca qaçmadığından necə əmin ola bilər?
Cavab və müəyyən mənada həyatın faciəsi bundadır ki, biz insanı yox, məqsədi anlamağa çalışırıq. Qarşımıza bizdən müəyyən şeylər tələb edən bir məqsəd qoyuruq və bunları edirik. Biz əsaslı olmayan bir məfhumun tələblərinə uyğunlaşırıq. Tutaq ki siz uşaq vaxtı yanğınsöndürən olmaq istəyirdiniz. İndi isə mən əminliklə deyə bilərəm ki, siz artıq yanğınsöndürən olmaq istəmirsiniz. Niyə? Çünki həyata baxışınız dəyişib. Dəyişən yanğınsöndürən deyil, məhz sizsiniz. Hər bir insan yaşadığı təcrübələrin cəmidir. Təcrübələriniz fərqləndikcə və çoxaldıqca, siz fərqli bir insan olursunuz və buna görə də baxış bucağınız dəyişir. Bu ömür boyu davam edir. Yaşadığınız təcrübəyə göstərdiyiniz hər bir reaksiya öyrənmə prosesidir; hər bir əhəmiyyətli təcrübə isə baxış bucağınızı dəyişir.
Buna görə də həyatımızı hər gün fərqli bucaqdan gördüyümüz məqsədin tələblərinə uyğunlaşdırmaq axmaqlıq olar, elə deyilmi? Bu zaman əsəb xəstəliyindən başqa bir şeyə nail olacağımıza necə ümid edə bilərik?
Bu halda, cavab, heç bir məqsədlə əlaqəli olmamalıdır. Ən azından maddi məqsədlərlə… Bu mövzunu tamamlamaq üçün bir neçə qutu vərəq lazımdır.Bir Allah bilir ki, “İnsanın mənası” və bu cür şeylər haqqında nə qədər kitablar yazılıb və bu mövzunu nə qədər insan götür-qoy edib. (Burada “Bir Allah bilir” ifadəsini sırf ifadə kimi istifadə edirəm.) Bunu sizə atalar sözü ilə təqdim etməyimin elə də bir mənası yoxdur, çünki həyatın mənasını bir-iki abzasa qısaltmağın mümkün olmadığını etiraf edən də mənəm.
Mən “ekzistensializm” sözündən uzaqlaşacağam, lakin siz bunu bir növ açar söz kimi yadda saxlaya bilərsiniz. Siz həmçinin Jean-Paul Sartre-dan “Varlıq və Heçlik” və ya “Dostoyevskidən Satra: Ekzistensializm”-i oxuya bilərsiniz. Sadəcə təklif edirəm. Əgər nə olduğunuzdan və etdiyiniz işdən həqiqətən razısınızsa, o zaman bu kitabları boş verin. (Sadəcə boş verin) Gəlin cavaba qayıdaq. Dediyim kimi, maddi məqsədlərə inanmaq ən yaxşı halda ağılsızlıq kimi görünür. Beləliklə, biz nə yanğınsöndürən olmağa , nə bankir, nə polis, nə də həkim olmağa çalışmırıq. BİZ ÖZÜMÜZ OLMAĞA ÇALIŞIRIQ.
Ancaq məni yanlış anlamayın. Mən demirəm ki biz yanğınsöndürən, bankir və ya həkim ola bilmərik, mən deyirəm ki, biz fərdi məqsədə uyğunlaşdırmaqdansa, məqsədi fərdlərə uyğunlaşdırmalıyıq. Hər bir insanın irsi və daxilindəki mühit birləşərək müəyyən qabiliyyətlərə və istəklərə, o cümlədən həyatının MƏNALI olacağı tərzdə fəaliyyət göstərməyə dərin kök salmış ehtiyac yaradılıb. İnsanın bir mənası olmalıdır; o əhəmiyyət kəsb etməlidir.
Mənim anladığım qədəri ilə, düstur təxminən belədir: insan elə bir yol seçməlidir ki, ARZULARINI tamamlamaq üçün QABİLİYYƏTLƏRİNİN maksimum səmərəli fəaliyyət göstərməsinə imkan versin. Bununla o, ehtiyacını yerinə yetirir (qarşıya qoyulmuş məqsədə doğru müəyyən bir modeldə fəaliyyət göstərərək özünə bir kimlik verir), potensialını puç etməkdən qaçır (elə bir yol seçir ki, özünü inkişaf etdirməsində heç bir məhdudiyyət olmasın) və məqsədinə yaxınlaşdıqca hədəfinin solduğunu və ya cazibəsini itirdiyini görmək riskindən uzaq olur (özünü axtardığı şeyin tələblərini yerinə yetirməyə məcbur etməkdənsə, məqsədini öz qabiliyyət və istəklərinə uyğunlaşdırır).
Bunula da insan həyatını əvvəlcədən müəyyən edilmiş məqsədə çatmağa həsr etmədən, zövq alacağını BİLDİYİ həyat tərzini seçir. Məqsəd tamamilə ikinci dərəcəlidir: əsas məsələ məqsədə doğru işləməkdir. Buna görə də bir insana öz seçdiyiniz yolda getməli olduğunu söyləmək gülüncdür; çünki məqsədlərinizi başqa birinin təyin etməsinə icazə vermək, həyatın ən mənalı tərəflərindən birindən – insanı fərdə çevirən prosessdən imtina etmək deməkdir.
Gəlin fərz edək ki, səkkiz yoldan ibarət seçiminiz olduğunu düşünürsünüz (əlbəttə ki, bunların hamısı əvvəlcədən müəyyən edilmiş yollardır). Tutaq ki, siz bu səkkiz yolun heç birində real məqsəd görə bilmirsiniz. Tam da bu zaman mahiyyətcə dediyimə gəlib çıxırsınız- Siz özünüzə DOQQUZUNCU bir yol tapmalısınız.
Təbii ki, bunu etmək səsləndiyi qədər asan deyil. Siz nisbətən məhdudlaşdırılmış, üfüqi yox, şaquli bir həyat yaşamısınız. Beləliklə, niyə belə hiss etdiyinizi başa düşmək o qədər də çətin deyil. Lakin öz SEÇİMİNİ təxirə salan insanın, istər-istəməz şərait tərəfindən həmin o seçimə gətirilməsi qaçınılmazdır.
Deməyim odur ki, əgər siz özünüzü bədbəxtlər arasında sayırsınızsa, o zaman hər şeyi olduğu kimi qəbul etməkdən və ya ciddi şəkildə yeni bir yol axtarmaqdan başqa seçiminiz yoxdur. Məqsədlər axtarmaqdan çəkinin: həyat tərzini axtarın. Necə yaşamaq istədiyinizə qərar verin və sonra bu həyat tərzində yaşamaq üçün nə edə biləcəyinizi tapın. Yenə də “Hara baxacağımı bilmirəm; Nə axtaracağımı bilmirəm” dediyinizi hiss edirəm..
İşin məğzi də elə budur. Daha yaxşısını axtarmaq üçün məndə olandan imtina etməyə dəyərmi? Bilmirəm – həqiqətən dəyərmi? Bəs bu qərarı sizdən başqa kim verə bilər? Unutmayın ki, təkcə DÜŞÜNMƏYƏ QƏRAR VERƏRƏK belə siz seçimə doğru biraz da yol qət etmiş olursunuz.
Əgər indi dayanmasam, bir də görəcəm ki kitab yazmağa başlamışam. Ümid edirəm ki yazdıqlarım ilk baxışdan göründüyü qədər də qarışıq deyil. Nəzərə alın ki, bu, məhz MƏNİM baxış tərzimdir. Mən düşünürəm ki, dediklərim ümumilikdə tətbiq oluna bilər. Amma siz belə düşünməyə də bilərsiniz. Hər birimiz öz kredomuzu yaratmalıyıq – bu isə mənim kredomdur.
Əgər dediklərimin hər hansı bir hissəsi məntiqsiz görünürsə, hər bir halda mənə bildirin. Mən sizi Valhalla sarayını axtarmaq üçün “yollara” salmağa çalışmıram, sadəcə olaraq qeyd edirəm ki, həyatın sizə verdiyi seçimləri həmişə bildiyiniz kimi qəbul etmək vacib deyil. Məsələ təkcə bunda deyil- məsələ odur ki, heç kim ömrünün sonuna qədər etmək istəmədiyi bir şeyi etməli deyil. Ancaq yenə də, əgər siz istəmədiyiniz bir işi görməyə məcbursunuzsa, ən azından özünüzü inandırın ki, başqa yolunuz yoxdur. Bunu etsəniz çoxlu şirkətləriniz olacaq.
Hələlik isə bu qədər. Səndən xəbər gözləyəcəm,
dostun,
Hunter
Əgər Hunter Thompson və onun kim olduğu haqqında daha çox məlumat əldə etmək istəyirsinizsə, oxumağa davam edin.
Qarşı mədəniyyətin mühüm simvolu olan Hunter S. Tompson Qonzo jurnalistikasının yaradılmasına mühüm rol oynayıb. Yazıçı onların araşdırmalarına və hekayələrinə o qədər daxil olub ki,sonra əsərin mərkəzi fiquruna çevrilib. O, amerikalı yazıçı və jurnalist idi. Thompson xüsusən də fərqli yazı tərzi ilə səs gətirmiş “Las Veqasda Qorxu və Nifrət” (1971) romanı ilə məşhur idi. O həm də narkotikdən qeyri-qanuni istifadəsi və odlu silahlara heyranlığı ilə də diqqət çəkib. Ancaq sağlığında qazandığı şöhrət Tompsonu depressiv psixoloji problemlərdən uzaq tuta bilməyib; o 2005-ci ildə səhhətində yaranan problemlərdən sonra intihar edib.
18 iyul 1937-ci ildə ABŞ-ın Kentukki ştatının Luisvil şəhərində anadan olan Hunter S. Thompson ictimai sığorta üzrə mütəxəssis Jack Robert Thompson və kitabxanaçı Virginia Ray Davisonun oğlu idi. Thompson altı yaşında olarkən ailə The Highlands-ın Cherokee Triangle məhəlləsindəki 2437 Ransdell Avenue-yə köçür. Thompson on dörd yaşında olarkən isə atası Miyasteniya Qravis xəstəliyindən ölür. İdmana böyük marağı olan Thompson, basketbolda Louisville’s Castlewood Athletic Club-a qatılır və orada üstünlük əldə edir. O, Highland Middle, Atherton High və Louisville Male Liseylərində oxuyur və həmçinin nüfuzlu Athenaeum Ədəbiyyat Assosiasiyasının üzvü olur. Gənc və yeniyetməlik illərində Thompson tez-tez qanunla problemlər yaşayırdı.
Təhsilini başa vurduqdan sonra Thompson Hərbi Hava Qüvvələrinə qoşulur və burada özündə olan iki yeni cəhət kəşf edir: Yazmağa olan sevgisini və yaramaz davranışlarını. Floridada Thompson baza qəzetinin idman müxbiri olur, lakin ədəbsiz davranışına görə 1958-ci ildə işdən çıxarılır. O, həmçinin Time jurnalı da daxil olmaqla bir çox iş yerindən qovulur. 1961-ci ildə Cənubi Amerikaya gedir və burada The National Observer üçün yazmağa başlayır. O, iki il sonra ABŞ-a qayıdır, lakin The National Observer üçün yazmağa davam edir. Daha sonra, Thompson San-Fransiskoya köçür və burada ilk kitabını-“Cəhənnəm Mələkləri: Qanundankənar Motosiklet Dəstələrinin Qəribə və Dəhşətli dastanı (1966)” tamamlayaraq nəşr etdirir.
1960-cı illərin sonunda, 70-ci illərin əvvəlində Thompson Ramparts, Esquire, Harper’s, Scanlan’s və Rolling Stones kimi müxtəlif jurnallarda yazmağa davam edir. Onun karyerasını yazıları vaxtında çatdırmağa çalışmaqdan, “Yazıçı böhran”-ından xilas edən Gonzo jurnalistikasının doğulması olur. 1971-ci ildə Thompson Las-Veqasda “Qorxu və nifrət” kitabını nəşr etdirir və bu əsərdə narkotikdən qaynaqlanan vəhşi sərgüzəştlərindən bəhs edir. Bir il sonra Thompson “The Rolling Stones” jurnalının prezidentlik kampaniyasını işıqlandırır və “72 kampaniyasında qorxu və nifrət” adlı məqalələrini dərc etdirir. Thompson populyarlığının zirvəsində bir dini fiqura çevrilir və onun profili The New Yorker və Playboy kimi görkəmli nəşriyyatlar tərəfindən işıqlandırılır.
1985-ci ildən 1989-cu ilə qədər Thompson San Francisco Examiner üçün köşə yazısı yazır. Thompsonun digər əhəmiyyətli işlərindən bəziləri arasında bunlar da var: Donuz Nəsli: Gonzo Kağızının 2-ci cildi: 80-ci illərdə rüsvayçılıq və deqradasiya nağılları, Qonzo kağızının 3-cü cildi: Məhkumların mahnıları, Polo mənim həyatımdır və Rum gündəliyi: Hunter S. Thompsonun uzun müddət itirilmiş romanı (1998).
Kolorado ştatının Woody Creek şəhərində 100 hektarlıq bir fermada yaşayan Thompson ömrünü yazmaqla, yüksək səsli musiqiyə qulaq asmaqla, içki içməklə, hədəfə atəş açmaqla və motosiklet sürməklə keçirir.Thompson 20 fevral 2005-ci ildə özünə açdığı güllə yarasından həyatını dəyişir.
Hunterin dostuna göndərdiyi məktubu bir neçə saat əvvəl köhnə dostum Rasim mənimlə paylaşdı.
“Salam Rəşad, bu məktub qabağıma çıxan kimi dərhal bildim ki, sənin çox xoşuna gələcək!” linki ilə birlikdə mənə belə bir mesaj göndərdi. Rasim çox haqlı idi. Mən həqiqətən məktubdan çox zövq aldım. Üstəlik, bu məktub mənə tam da lazım olan bir vaxtda gəlib çatdı. Mən hətta bəzi abzasları yenidən oxumalı oldum ki, tam dərk edim. Mən də sizi bu məktubu oxumalı olduğunu düşündüyünüz hər kəsə göndərməyə çağırıram.
Pura Vida!