Ray Daylonun prinsipləri
Ray Dalionun New York Times qəzetində birinci yerdə olan və ən çox satan kitabı Prinsiplər: Dünyada 2 milyondan çox nüsxə satan bu kitab Life & Work, “Həyat” və “İş” prinsipləri haqqındadır.
Bu kitab məni həm şəxsi, həm də peşəkar həyat yollarımı yenidən qiymətləndirməyə məcbur etdi. Kitab nəinki suallarımı yaxşı cavablandırdı, həm də öz şirkətimi və şəxsi həyatımı necə idarə etməyimə dair özümə əhəmiyyətli suallar verməyimə də səbəb oldu. Mən hətta bir çox çərçivəni ATL qrupda uğurla həyata keçirdim.
Sintiya Consondan Platforma
Müasir dunyada təsir edə bilmək bacarığı hər şey deməkdir və şəxsi brendinq təsir gücünə bərabərdir. Platforma fərdi bir markanı inkişaf etdirmək və idarə etmək istəyənlər üçün ən yaxşı mütəxəssislərdən biri olan Sintiya Conson tərəfindən nəyi necə ediləcəyinə dair yazılmış bir dərslikdir. Conson kitabda şəxsi və sosial sübutu, tanınma və birləşməni əldə etməklə məchuldan təsir edən olmağa necə keçməyin prossesini izah edir. Cohnson özünün sürətlə inkişaf edən marka inkişafı, davamlı marka menecmenti və strateji böyümə prosesindən istifadə edərək sadəcə üç il ərzində sosial media menecerindən sosial media influenserinə daha sonra təşəbbüskar və sonrasında marketinq düşüncə liderliyinə keçib.
Sintiyanın kitabı mənim oxuduğum ən yaxşı kitablardan biri olmasa da fərdi markanın əhəmiyyətini izah edilməsi və bu mövzuda bir neçə addım ata bilməyim üçün ən doğru təşfiq edici oldu.
Lari Bosid, Ram Çaran və Çarlz Bukdan İcra
Böyük bir şirkəti idarə etməyinizdən yaxud idarəetmədə ilk işinizdə olmağınızdan asılı olmayaraq işi necə yerinə yetirməyi və nəticələri necə əldə etməyi göstərən kitab.
Rəyim çox sadə olacaq. Asan oxunan kitabdır. İdarəetməyə yeni keçənlərə şiddətli şəkildə tövsiyə edirəm.
Jeyms Klerdən Atomik vərdişlər
Jeyms Klerin bu kitabı vərdişləri necə dəyişdirmək və hər gün 1% daha yaxşı olmağa dair ən geniş bələdçidir. Jeyms Klerin vərdiş formalaşması haqqında ən əsas məlumatları aşkarladığı olduqca praktik və faydalı bir kitabdır. Bu səbədən siz daha az şeyə diqqət edərək daha çox şeyə nail ola bilərsiniz.
Atomik vərdişlər həyat dəyişdirən idi. Müəllif çox sadə bir şəkildə gündəlik 1% inkişafın necə davamlı nailiyyətlərə çevrildiyini izah edir. İndiyə qədər oxuduğum ən yaxşı kitablardan biri idi.
Co Dispenzadan özünüz olmaq vərdişini pozmaq
Tanınmış müəllif, məruzəçi, tədqiqatçı və şiroterapiya doktoru Co Dispenza, kitabda kvant fizikası, nevrologiya, beyin kimyası sahələrini birləşdirir. Bununla da insanlara öz seçdikləri reallığı yaratma gücünü verən yeni bir elm ortaya çıxır.
Nevrologiya, özünü tanıma və şəxsiyyətin qiymətləndirilməsi mövzuları bu kitabın əsas mövzularıdır. Kitabın bəzi hissələrində kimliyinizin və şəxsiyyətinizin hansı hissələrinin zehnimizə mənfi təsir etdiyini dərk etmək heyrətamiz idi.
Piter Tildən Sıfıra Bir
Dövrümüzün böyük sirri budur ki, hələ də tətqiq edilməmiş sərhədlər və kəşf edilməmiş yeni ixtiralar var. Sıfıra bir kitabında, əfsanəvi sahibkar və investor Piter Til, bu yeni şeyləri yaratmağın müstəsna yollarını göstərir.
Texnologiya sənayesində olan hər kəs Piter Tilin bu hekayəsinə bir şans verməlidir.
Robert C. Higginsdən maliyyənin idarə olunmasının təhlili
Bu kitab qeyri-maliyyə menecerləri və bununla maraqlanan tələbələr üçün uyğundur. Bu kitab standart metodları və müasir inkişafları praktik və intuitiv şəkildə təqdim edir. Maliyyə təhlilinin idarəetmə tətbiqlərini vurğulayır.
Bu kitabı mənə Kaliforniyada oxuduğum zaman vermişdilər. Maliyyənin bütün əsaslarını əhatə edir və çox yeniləyicidir.
Stefen Koveydən yüksək performanslı insanların 7 vərdişi
Stefen R. Kovey, şəxsi və peşə problemlərinin həlli üçün vahid, inteqrasiya edilmiş, prinsip mərkəzli yanaşma təqdim edir. Kovey kəskin anlayışlar və seçilmiş lətifələr ilə dəyişimə uyğunlaşmaq üçün təhlükəsizlik və kamilliyin yaratdığı fürsətlərdən faydalanmaq üçün ədalətlilik, bütövlük, xidmət və insan ləyaqəti ilə yaşamağın addım-addım yolunu göstərir.
Müəllifin illərlə apardığı araşdırmalar, sevdiyimiz və heyran olduğumuz dahilərin paylaşdığı əsas xüsusiyyətlərin tapılmasına gətirib çıxarır.
Kitabın ən sevdiyim hissəsi müəllifin qayğı və təsir dairəsini izah etdiyi hissədir. Bu, mənim gündəlik istifadə etdiyim bir yanaşmadır.