İş yerində orijinal olmaq, əsl mənliyinizi ortaya çıxarmaq və həqiqi rənglərinizi nümayiş etdimək deməkdir. Başqa sözlə desək, başqalarına kim olduğunuzu göstərməklə, iş yerinizdə orijinallığınızı təmin edə bilərsiniz. Bu o deməkdir ki, özünüzü reallıqda olduğunuzdan fərqli biri kimi göstərmək üçün xüsusi bir şəkildə hərəkət etməli deyilsiniz. Asan səslənir, elə deyilmi? Sizi əmin edirəm ki, belə deyil. Əgər zəhmətkeşsinizsə və iş yerinizdə səmimi olmağa çalışırsınızsa, bu sizə uzunmüddətli faydalar gətirə bilər. Bu kimi amillər karyera yüksəlişi baxımından əhəmiyyətli rol oynaya bilər. Bunun necə işə yaradığını öyrənmək istəyirsiniz? Sizi mərcə çağırırıq!
“Vaxtınız çox azdır. Onu başqasının xəyallarını yaşamaqla puç etməyin. Başqalarının fikirləri ilə yaranan ehkamlarla məhdudlaşmayın. Başqa fikirlərin səsinin sizin ruhunuzun səsini batırmasına icazə verməyin. Və ən əsası, ürəyinizi və intuisiyanızı izləyəcək bir ruha sahib olun. Onlar sizin nə olmaq istədiyinizi az-çox bilirlər. Qalan şeylər zəruri deyil” -Stiv Cobs
İşyerində orijinallığın vacibliyi haqqında.
Ev və iş həyatının bir-biri ilə sıx əlaqəli olduğu bir dünyada iş yerində orijinallıq öz əhəmiyyətini və dəyərini qoruyur. Beləliklə, indiki həyat tərzimizi nəzərə alsaq, iş həyatımızı şəxsi həyatımızdan ayırmaq o qədər də asan deyil. Hamımız bilirik ki, orijinallıq insanları daha sadiq və daha cəlbedici olmağa sövq edir. Əgər siz iş yerinizdə öz həqiqi mənliyinizi qorusanız, o zaman ləyaqət səviyyənizi yüksəldə və digər həmkarlarınızı da sizin yolunuzdan getməyə ruhlandıra bilərsiniz.
İş yerində orijinallığı necə təmin etmək olar?
Təbii ki, bu, kiminsə fərdi şəkildə yerinə yetirə biləcəyi bir iş olmasa belə, siz yenə də ən yaxşısını edə bilərsiniz. Hər bir səyin əhəmiyyətli olduğunu və hətta tək bir insanın belə başqalarına təsir edə biləcəyini və fərq yarada biləcəyini tez-tez xatırlatsanız yaxşı olar.
Sual verə bilərsiniz ki, insan tək canına orijinallığı necə təmin edə bilər? Qətiyyən narahat olmayın. Hamısını öyrədəcəyik. Gəlin iş yerində orijinallığın təmin edilməsində mühüm rol oynaya biləcək bəzi mühüm məqamlara qısaca nəzər salaq.
Pozitiv İmicinizi qoruyun.
İşçilərinizin qarşısında pozitiv və konstruktiv bir imic yaratmaq üçün əlinizdən gələni etməlisiniz. Başqaları ilə paylaşdığınız şeylərdə konkret olun və şəxsi məsələləri özünüzə saxlayın; bu, həyatınızda praktik olmağı tətbiq etməyə kömək edəcək. Danışmağa başlamazdan xoş sözlər seçsəniz, bu, sizə kömək edər. Düzgün sözlərin seçimi əsl şəxsiyyətinizi təsvir etməkdə mühüm rol oynayır. Səhv söz seçimi isə başqalarında sizin haqqınızda mənfi imic yarada bilər. Ünsiyyət bacarıqlarınızın üzərində işləməyə, başqalarına qarşı nəzakətli və mülayim olmağa çalışsanız, bu da pozitiv imic yaratmağınıza kömək edəcəkdir.
Düzgün rəhbərliyə zəmanət verin.
Şübhəsiz ki, böyük liderlər heç vaxt özlərini geri çəkmirlər və doğru zamanda doğru qərarlar verirlər. Beləliklə, heç vaxt yeni çətinliklərlə üzləşməkdən çəkinməməlisiniz. Siz səhv qərarlar qəbul etsəniz belə, yeni bir təcrübə qazanacaqsınız. Eyni zamanda, qərar vermək qabiliyyətlərinizə fokuslanmaq sizə kömək edə bilər. Bəzi yanlış qərarların uzunmüddətli və zərərli nəticələri ola bilər. Beləliklə, əgər siz orijinal qalmaq istəyirsinizsə, hər il işçilərinizdən sahibkarlığınız barəsində rəy istəyə və onların problemlərini həll etməyə çalışa bilərsiniz. Bu sizi daha incə və orijinal göstərəcəkdir.
Bu yaxınlarda bir dostum məni liderlik haqqında kitab yazmağa təşviq edirdi filan… Mən isə cavab verdim ki, kitabı özümü yaxşı lider hesab etdiyim zaman yazacağam. Liderlik daim öyrənilməli bir döngədir. Demək olar ki hər gün ünsiyyətdə olduğum, ATL Tech şirkətinin baş direktoru olan həmkarlarımdan biri Anarla maraqlı bir şey kəşf etmişik. Bir-birimizi daha yaxşı başa düşmək üçün biz hər il bir-birimizin performansı haqqında rəylər verdik və gözləntilərimizi şərh etdik. Artıq illər keçib və mən Anarla müştəri ilə görüşdən çıxdıqdan sonra soruşuram: “Nə etməli olduğunu bilirsən də, düzdür?” və o, «Əlbəttə bilirəm. Top məndədir” deyir.
Psixoloji Təhlükəsizlik Yaradın
Psixoloji təhlükəsizlik hissi iş yerinin orijinallığını təsdiqləməkdə mühüm rol oynaya bilər. Qeyd etmək lazımdır ki, insanlar psixoloji təhlükəsizliyinin təmin olunduğunu bildikdən sonra danışmaqda, qarşılıqlı əlaqədə olmaqda və ya səhv etməkdə daha rahat olurlar. Bu cür təşəbbüslər insanları şirkətin rifahı üçün çəkinmədən potensial risklər almağa vadar edə bilər. Bir dəfə kimsə demişdi: “Əsl liderlər özlərinə davamçılar yaratmırlar, onlar daha yaxşı liderlər yaradırlar.
Azərbaycanda “boş-boş şeylərlə görə müdiri narahat etmə” deyə çox axmaq bir anlayış var. (bağışlayın bundan daha yaxşı tərcümə edə bilmədim). Mən bu yerli fəlsəfəyə nifrət edirəm. Həmkarlarımın sadəcə yüksək səslə düşünmək və ya mənimlə öz fikirlərini bölüşmək üçün mənə yaxınlaşmalarını həqiqətən çox sevirəm. Bu yaxınlarda ATL-in rəhbərlərindən biri mənə bir məsələ ilə bağlı müraciət etmişdi. O, “Mən hesab edirəm ki, idarəçiliyimdə mənfi bir şey var, bəlkə də mən nəyisə səhv edirəm” dedi və danışan zaman öz prrobleminə ən bariz cavabı verməyə başladı. Sonda mən ona bildirdim: Problemin həllini sən özün bilirdin. Sadəcə olaraq ucadan deməli idin.
Problemin həlli həmkarımın özündən gəlsə belə, onun gəlib problemini mənə deyəcək qədər təhlükəsiz hiss etməsi məni sevindirmişdi. Bundan əvvəl dəfələrlə də dediyim kimi, mənim işim həmkarlarımın işini asanlaşdırmaqdır. Qarşılaşdığım hər hansı bir problem məni qətiyyən bezdirmir, əksinə, ziddiyyəti azaltmaq üçün mənə bir fürsət verir.
Hamının dəyərini bilin
Şübhəsiz ki, istənilən iş yerində orijinallıq, real kimliyinizə görə qiymətləndirilmək və təqdir edilməkdir. Ümumiyyətlə, işçilər təqdir edilmək, fikirlərinə, ideyalarına və verdikləri töhfələrə layiq olduqları şəkildə dəyər verilməsini istəyirlər. Beləliklə, siz əməkdaşlarınızın səylərini dəyərləndirməyə və onlar arasında qəbul edilmə hissini təmin etməyə çalışmalısınız. Digər tərəfdən, siz əmin olmalısınız ki, işçiləriniz də qarşılıqlı olaraq sizin səylərinizi tanıyıb qiymətləndirirlər və sizə layiq olduğunuz hörməti göstərirlər. Sizə lazım olan şey sadəcə ağılla dinləmək və rəy bildirməkdir. Axı çox sadədir…
İş yerində orijinallığın üstünlükləri
İş yerinin orijinallığı yaxşı komandada və dəyərlərdədir. Orijinallığın bəzi faydaları bunlardır:
• Xoşbəxt və Məmnun İşçilər
İş yerində həqiqi mənlikləri ortaya çıxara biləcəklərini hiss edən insanlar əsasən daha xoşbəxt olurlar. İşçilər işdən razı qaldıqda, nəinki effektiv məşğulluq və komanda məhsuldarlığı təmin edilir, həm də ümumi motivasiya səviyyəsi də əhəmiyyətli dərəcədə yüksəlir.
Komanda üzvlərimizin heç bir təzyiq hiss etmədən rahat şəkildə iş başında ola bilmələrini xoşlayıram. Ancaq buna baxmayaraq, mən yenə də onları daha da sərbəst olmağa təşviq etmək istərdim. Komanda üzvümüzün gitara götürüb bütün kollektiv üçün oxumasını, həmkarlarımın işdə bir-birləri ilə çox yaxın dostluq münasibətləri qurmalarını, onların bir çoxunun bir-biri ilə ailə həyatı qurmaları çox xoşuma gəlir. Belə bir şeyə səbəb olmaq necə də xoşdur!
Bizim işçilərimizin ən xoşbəxt işçilər olduğunu hesab edirəmmi? Xeyr, etmirəm. Bununla belə, fürsət tapan kimi fərq yaratmağa çalışıram. Belə bir fürsət olmadıqda, bu fürsəti özüm yaradıram.
• Yaxşı iş mühiti
İnsanlar özləri olduqları üçün müşahidə edildikləri və hörmət gördükləri zaman bir-birləri ilə daha güclü bağlar yaradırlar. Bu, əməkdaşlıq bacarıqlarının və qrupun performansının yüksəlməsini təmin edərək, hamı üçün səmimi iş mühitinin qoruyub saxlanmasına kömək edir.
• Daha çox innovasiya və məhsuldarlıq
İş yerində orijinallığa təminat verilən zaman insanlar öz fikirlərini bölüşməkdən və ya səhv etməkdən çəkinmirlər. Bu zaman onlar şirkətə faydalı ola biləcək risklər alırlar və daha yaradıcı olurlar. Bu da özlüyündə müsbət nəticələrə, məhsuldarlığa və innovasiyalara gətirib çıxardır.
• Etimadın artırılması
İnsanlar işdə səmimi olduqları təqdirdə, öz fikirlərindən və etdikləri işlərdən daha əmin olurlar. Daxili dəyərləri və düşüncələri haqqında açıq danışa bilmək onlara daha effektiv və özündən əmin şəkildə işləməyə imkan verir. Bu da sonda şirkətin inkişafına gətirib çıxardır.
• Effektiv Rəy
Dəyərli və effektiv rəylərlə nəticələnən orijinallığın işçilər arasında olan dürüstlüyü və həqiqiliyi təmin etdiyini sübut olunub. Bu da insanları məhsuldarlığı yüksəltməyə və şirkət üçün ən yaxşısını etməyə vadar edir.
• Uğur
Ehtirasınızın arxasınca getməyin sizi uğura aparacağı və zövq almadığınız işlə məşğul olmağın isə uğursuzluğa düçar edəcəyi heç kimə sirr deyil. Əksər insanlar ehtirası gün boyu və həyatınızda daha çox uğur qazanmaq üçün hərəkətverici qüvvə kimi izah edirlər. Əgər işdə özünüz kimi olsanız, bu, həqiqətən də sizə zövq aldığınız şeyi etməyə imkan yaradacaqdır. Bu cür iş mühiti hamını həvəsləndirməyə qadirdir və mən əminəm ki, bu həm də sizi daha çox iş görməyə və daha çox şeyə nail olmağa vadar edəcəkdir.
Öz çiynimdə belə döymə etdirdiyim bütün zamanların ən sevimli sitatını bölüşmək istərdim. “Uğurun sonu yoxdur, yeganə sabit şey dəyişimdir”. Bu sitatı paylaşmağımda bir səbəb var idimi? Əslində elə bir səbəb yox idi. Sadəcə ürəyimdən gəldi.
• Münasibətlər
Özünüz olduğunuz zaman, özünüzü başqalarına təqdim edərkən dürüstlük və etibarlılıq hissi nümayiş etdirirsiniz. Bu keyfiyyətlər müştəriləriniz və həmkarlarınız arasında kor-koranə etibar yaradaraq, möhkəm əlaqələr qurmağınıza kömək edəcəkdir.
Orijinallıqda niyə mürəkkəb faiz dərəcəsi var?
Mürəkkəb faiz dərəcəsi, qənaət etdiyiniz məbləğdən qazandığınız əlacə gəlirdir. Yenidən investisiya oluan sərmayeniz varsa, siz daha çox faiz götürə bilərsiniz. Bir müdrik insanın da dediyi kimi: “ İstər sərvətdə, istər münasibətlərdə, istərsə də bilikdə, həyatda əldə etdiyini bütün gəlirlər mürəkkəb faizdən gəlir. “Naval Ravikant. Navalı nə qədər yüksək qiymətləndirdiyimi sizə izah edə bilmərəm. O, mənim həyatda heç vaxt canlı görmədiyim mentorlarımdan biridir!
Mürəkkəb faiz zamanla sizə pulunuzun və investisiyanızın artımını sürətləndirməyə kömək edəcək. Əfsanədə deyilir ki, Albert Eynşteyn mürəkkəb faizləri bir zamanlar dünyanın səkkizinci möcüzəsi kimi iddia edirdi. Qənaət etməyə davam etdiyiniz zaman, əsas gəliriniz artacaq və ondan daha çox faiz alacaqsınız. Bu da təbii ki, zaman keçdikcə sərvətinizi artıracaqdır.
Məqalədə əvvəl də dediyim kimi: Mükafat birdəfəlik olmur. O zamanla daha da çoxalır. İnanın ki, özünüzü gələcəkdə «axı mən əvvəllər necə yaşayırdım?” deyən yerdə tapacaqsınız.
Karyeranızı orijinal mənliyinizlə mövqeləşdirmək.
İşi orijinallıqla yerinə yetirmək və ya işdə özünüz olmaq asan məsələ deyil. Əksər insanlar işdə orijinal deyillər. Bu zaman sual yaranır. Onlar işdə niyə özləri kimi olmurlar? Bunun səbəbi, insanların bir çoxunun ailə təzyiqinə görə və ya xəyallarının ardınca getməklərinə əngəl olan başqa məsələlərə görə zövq almadıqları işdə işləməklərindədir. Orijinallıq səyahəti emosional zəkanın və özünü dərketmənin növbəti mərhələsi ilə başlayır. Bəzi orijinal insanlar deyirlər ki, işlə məşğul olan zaman nə qədər əmək haqqı almağınızın elə də önəmi yoxdur. Əsas odur ki, xoşbəxt hiss edəsiniz. Bir işi görən zaman həmişə özünüz olmalısınız ki, ondan həzz ala biləsiniz. Sizi qane etməyən heç bir işi görməyin. Bu, sizin ruhi sağlamlığınıza zərər verəcəkdir və siz bu işdə uğurlu ola bilməyəcəksiniz.
Nəticə
İnsanlar sizi səmimi biri kimi tanısalar, onlar sizə inanacaq, sizə dəyər verəcəklər. Buna görə də, dəstək və rəhbərlik lazım olduqda sizə müraciət edəcəklər. Orijinallıq, özünüzü necə idarə etməyiniz, başqaları ilə necə rəftar etməyiniz, iş və kommunal prinsiplərinizə uyğunlaşmağınızla bağlıdır. Söhbət çox mehriban olmaqdan və ya iki üzlü fitnəkar biri olmaqdan getmir. Söhbət, orijinal olmaqdan gedir. Bildiyiniz kimi, insanların sizinlə yaxşı rəftar etmələri üçün istənilən yaşlı insan yalan danışmamağı, pis işlər görməməyi və səmimi olmağı tövsiyə edər. Bütün bu məsləhətlər birbaşa olaraq səmimi olmağınızla, real mənliyinizi ortaya çıxarmağınızla və insanların sizə güvənə biləcəklərini göstərməyinizlə düz mütənasibdir. Bu sizi uğura aparacaq və başqaları ilə münasibət qurmağa kömək edəcəkdir. Onlar artıq sizi hesaba qatmağa başlayacaqlar. Bu həm də ətrafınızı genişləndirəcəkdir. Siz yeni insanlarla tanış olacaqsınız və öz işinizi qura biləcəksiniz. İş yerində orijinallığın vacibliyi haqqında çox şey qeyd etmişik. Bu məqaləni nəzərdən keçirməyiniz və orijinallıq sözünün nə demək olduğunu başa düşməyiniz çox yaxşı olardı. Çünki orijinallıq, gələcək üçün vacib bir termindir. Yazımı bu sətirlərlə bitirmək istəyirəm;
“Orijinallıq gündəlik olaraq etməli olduğumuz bir qrup seçimlərdir. Bu, qabağa baxmağı və real olmağı seçmək, dürüst olmağı seçməkdir. Həqiqi mənliyimizi görməyə icazə verməkdir.”~
Brene Brown