Keçən il elə də çox oxuya bilmədim. Siyahıdakı kitabların çoxunu iyun ayına qədər oxuyub bitirmişəm. Mən oxumağın daşını atmışam? Əsla! Əvvəllər də dediyim kimi, oxumaq və yazmaq mənim həyatımın faydalı vərdişləridir. Uzun müddətdir ki, mən öz yaratdığım baloncuqda yaşayıram. Baloncuq dedikdə, ancaq seçdiyim insanlarla əlaqə qurmağımı, ürəyim istəyən hadisələrlə məşğul olmağımı və sairə nəzərdə tuturam. Bu aralar zamanımı və enerjimi necə sərf etməyimlə bağlı çox seçici olmuşdum. Buna baxmayaraq, xarici dünya mənimlə gizlənpaç oynamağa başladı. Bütün bunlar məni yaratdığım baloncuqdan çıxmağa, xarici dünyaya fokunslanmağa vadar etdi.
Mən həqiqətən də düşünürəm ki, bizim ən qiymətli resursumuz zamandır. Mən oxumağa və yazmağa bu qədər zaman sərf edə bildiyim üçün çox minnətdaram. Şəxsən sevdiyim kitabları sosial mediada görməkdən həzz alıram. Yanlış anlamayın, bundan eqom artdığına görə yox, bir başqasının da həmin o kitabdan mənim aldığım dəyəri çıxarmaq şansı olduğunu bildiyimə görə xoşum gəlir.
Kitabların siyahısına keçməzdən əvvəl bu məqalələrin formatına elə də uyğun olmasa da, sizə bir film məsləhət görmək istəyirəm. Film “Stutz” adlanır. Əlbəttə ki, “Kitablar filmlərdən qat-qat yaxşıdır” ifadəsini hamımız eşitmişik. Ancaq bəzən bir film min kitaba dəyir. Məncə “Stutz” belə filmlərdən idi.
Pandemiya və ümumilikdə son 4 il psixoloji cəhətdən bəşəriyyət üçün çox ağır oldu. Buna görə də, hamımız psixi sağlamlıq və bu kimi mövzulara marağın artdığını müşahidə etdik. Mən özüm də bunun qurbanıyam. Özümü və insanları daha yaxşı başa düşməyə olan marağım elə bu zamanlarda yaranmağa başladı.
Stutz diqqəti terapiya və psixi sağlamlığa yönəldən maraqlı və düşündürücü “art-haus” stilində çəkilmiş sənədli filmdir. Sonuncu daha ətraflı araşdırılmalıdır. Bu dövrdə psixi sağlamlığın arxasında duran münasibət və düşüncələrin ciddiyə alınmaması faciəlidir – xüsusən də kişilərə gəldikdə.
Stutz filmi davranışlarımızı dəyişdirmək üçün fərdi terapiya seansı kimi nəzərdə tutulmamalıdır. Bu film zehnimizin necə kövrək ola biləcəyini göstərmək üçün nəzərdə tutulmuş bir layihədir və film iki kişinin bir-birinə platonik yolla ürəyini açmasını göstərərək tempin yenilənməsinə bənzəyir. Film həmçinin çox xüsusi terapiya tərzinə və terapiya ilə birlikdə gələn bəzi vasitələrə işıq tutaraq, narahatlıq və mənfi hissləri daha həzm oluna bilən və idarə oluna bilən bir şeyə çevirməyə kömək edir. Ancaq hər şey bir filmdən daha dərin və mənalıdır. Bu, terapevt və onun müştərisi ilə şəxsi münasibətlərindən bəhs edən bir filmdir. Daha dəqiq desək, Jonah Hill və Phil Stutz haqqındadır.
Əgər onun haqqında eşitməmisinizsə, Phil Stutz dünyanın aparıcı psixiatrlarından biridir. O, 40 il ərzində saysız-hesabsız xəstələrə, o cümlədən dünya səviyyəli sənət adamlarına, biznes liderlərinə və daha çoxuna kömək edib. Bəziləri onun yanına gələndə şübhə ilə yanaşsalar da, terapiyadan sonra ona inanmağa başlayıblar!
Ümumiyyətlə, bir aktyorun (Parkinson xəstəliyi olan) terapevti ilə film çəkməsi ideyası çox unikaldır. Filmdə Philin mürəkkəb nəzəriyyələri sadə şəkildə izah etməsini çox bəyəndim.
Sizi bu filmə yönləndirdikdən sonra isə kitablara qayıda bilərik.
11. Psixi bacarıqların idarə edilməsi (Managing psychic abilities ) – Mary Mueller Shutan
İnsanların baş verəcək olan hadisələri necə proqnozlaşdıra bildiklərini və bəzən quşu gözündən vuraraq necə çılğın təxminlər edə bildikləri ilə maraqlanırdım. Anlamaq istəyirdim ki, psixi bacarıqlar inkişaf etdirilə bilər mi, çünki görünür, bu bacarıqlar hər kəsdə müəyyən dərəcədə var. Açığı deməzdim ki, bu kitab bütün suallarıma cavab verdi. Ancaq kitab bu mövzuya çox gözəl bir giriş verdi.
10. Tarixin sonu və sonuncu insan (The end of history and last man) – Francis Fukuyama
Həyatımda etdiyim ən çətin mütaliələrdən biri idi. Heç axıra kimi bitirə bilmədim. Kitab dərsliyə oxşayırdı və yaxşı fikir və ideya axını yox idi. Dəqiq, ciddi və intizamlı idi. Müəllifin kitabı yazmadığı vaxtlarda başqa bir əyləncəsi olmadığı hiss olunur. Will Durant və hətta Yuval Harrari belə öz mesajlarını çatdırmaqda daha yaxşıdırlar.
9. Şirkət (The Company) – John Micklethwait
Kitab, intibah dövründən bu günə qədər şirkətlərin vicdanlı və axıcı tarixini təqdim edir. Əgər vicdanlı və rahat oxuna bilən bir tarix istəyirsinizsə, bu kitab yaxşı seçimdir. Medici ailəsindən Rokerfellerlərə qədər hər şey. Kitab olduqca dürüst və maraqlıdır.
8. Eynşteynlə Ayda gəzinti (Moonwalking with Einstein)– Joshua Foer
Bu, “hava limanı kitabı” idi. Təyyarənin enməsinə 10 dəqiqə qalmış əlinizə bir şey götürürsünüz haa.. Bax bu tam da elə bir kitabdır və təəccüblü olsa da, yaxşı kitab çıxdı. Kitab yaddaş çempionatları və yaddaşınızı gücləndirməyin yolları haqqında hekayələr danışır. Kifayət qədər axıcıdır. O gözlədiyimdən də çox xoşuma gəldi.
7. Təsir: Elm və Təcrübə/Təsir psixologiyası (Influence: Science and Practice/psychology of persuasion) – Robert Cialdini
Bu kitab təsir etmək gücünə dərindən baş çəkən və insanların gözünü açan bir kitabdır. Cialdini tədqiqata əsaslanan nümunələrlə təsir etməyin altı əsas prinsipini izah edir, oxuculara insanların düşüncələrini dəyişməyi, biznes və gündəlik həyatında uğurlu danışıqlar aparmağın yollarını anlamağa imkan verir. Təsir dinamikası haqqında anlayışlarını dərinləşdirmək istəyən hər kəs üçün vacib kitabdır.
6. Min üzlü qəhrəman (The hero with the thousand faces) – Joseph Campbell
Bu kitabı həmişə mənə uğurlu mütaliə materialları məsləhət verən dostum Orxan Məhəmmədi məsləhət görmüşdü. Kitab 1949-cu ildə nəşr olunduğu gündən böyük təsirə malikdir. O, bütün dünyada- miflərdə, hekayələrdə və dastanlarda görünən eyni fiqurun, yəni arxetipik qəhrəman ideyasını tədqiq edən dərin düşüncəli “qəhrəmanın səyahəti”ni təqdim edir . Campbell bu universal qəhrəman arxetipinin həm psixoloji, həm də mənəvi əhəmiyyətini və müasir həyatımıza uyğunluğunu kəşf etmək üçün araşdırır.
Kitab Campbell-in mifologiya, folklor, psixologiya və ədəbiyyatın geniş spektri haqqında geniş biliyinə və anlayışına əsaslanır. O, öz tapıntılarını asan başa düşülən üslubda təqdim edərək, oxucuların Kempbellin təlimlərini öz həyatlarında istifadə etmələrinə və tətbiq etmələrinə yol aça bilmələri üçün mürəkkəb ideyaları əlçatan bölmələrə parçalayır.
“Min Üzlü Qəhrəman” ruhlandırıcı, misilsiz və düşündürücü bir kitabdır. Kitab illərlə oxucularını öz qəhrəmanlıq potensialını mənimsəməyə ruhlandırmışdır. Nəhayət, əgər siz fantastika həvəskarısınızsa, bu kitabı mütləq oxumalısınız. Star Wars, Lion King və Matrix kimi filmlərə məhz bu kitab ilham verib.
5. Həyat kitabı (The Book of Life)–Jiddu Krishnamurti
Jiddu, yəqin ki, həyatda görmək istədiyim 20 ən yaxşı tarixi şəxsiyyətlərdən biridir. Jiddu Hindistanın ruhani lideri idi. O, ingilis sosial islahatçı Annie Besant-dan teosofiya üzrə təhsil almışdı və Annie onu dünyanın maariflənməsinə səbəb olacaq məsihçi şəxsiyyət kimi “Dünyanın Müəllimi” elan etmişdi. O, böyük mütəfəkkir idi. Mən bu gün sağ olan hər hansı digər ruhani liderlərdənsə, onun çıxışlarına qulaq asmağa, podkastlarına baxmağa, kitablarını oxumağa üstünlük verirəm. Jiddu hər kəsin tanınmalı olduğu bir şəxsiyyətdir.
Jiddu Krishnamurti-nin bu həyat kitabı ağlın və onun işinə dair heyrətamiz düşüncələr toplusudur. O dinləyicilərini dürüstlük, səmimiyyət və sevinclə dolu bir həyat yaşamaq anlayışına yaxınlaşdıra bilmək üçün fəlsəfəni, psixologiyanı və mənəviyyatı ustalıqla birləşdirir. Həyatın əsaslarını, məqsədini və mənasını tədqiq etməklə başlayır və nəticədə düşüncənin dərinliyinə enir. Bu həyat kitabı bizə inanclarımızı sorğu-sual etməyi, açıq fikirli olmağı, özümüz və başqaları ilə konstruktiv dialoq aparmağı öyrədir. Kitab böyümənin, düşüncənin və anlayışın mənalı bir həyatla mükafatlandırıldığı daxili səyahətə təşviq edir. Kitab aydın quruluşu, məntiqi irəliləməsi və düşündürücü təhlili ilə oxumağı və onu başa düşməyi asanlaşdırır. Öz daxilində aydınlıq və sülh axtaran hər kəs Həyat Kitabını mütləq oxumalıdır.
4. Şəffaflıq və Əlaqə (Clarity & Connection)– Pueblo Yung
İnstagramdan kəşf etdiyim Pueblo şair kimi səslənən bir tapıntıdır. Bu, əsasən özünüzlə və başqaları ilə münasibətləriniz haqqındadır.
Pueblo Yunq-un “Clarity and Connection” kitabı anlayışı inkişaf etdirmək və münasibətlərdə səffaflığa nail olmaq haqqında gözəl yazılmış bir kitabdır. Birbaşa və düşündürücü dərslər vasitəsilə o, oxuculara münasibətlərdə olan bəzi nüanslarını anlamağa kömək edir. Müəllif şəffaflıq və əlaqə arasında çox çətin tapılan o tarazlığa çatmaq üçün öz təcrübəsində qarşılaşdığı mübarizələr və qazandığı qələbələr haqqında danışır.
Kitab boyu Yung münasibətlərdə şəffaflığın gücünü, aydın sərhədlərin və ünsiyyətin həyatımızı və münasibətlərimizi necə yaxşılaşdırmağa kömək edə biləcəyini araşdırır. O, oxucuları ehtiyaclarını və istəklərini çatdırmaq üçün əsl səslərindən istifadə etməyə təşviq edir, eyni zamanda da şəffaflığın və əlaqənin bir-birindən asılı olduğunu və boşluqda mövcud ola bilməyəcəyini də yaxşı bilir.
Kitab toksik davranışları necə tanımağı, ailə, dostlar və tərəfdaşlarla sağlam müzakirələrdə iştirak etmək kimi praktik məsləhətlərlə doludur. Yung həmçinin oxuculara qəzəbi, qorxunu və kədəri başa düşməyə və idarə etməyə kömək edəcək yollar göstərir.
Hər səhifədə təkcə bir abzas var. Müəllif sadə ideyaların ətrafında böyük mətn blokları qurmağa can atmayıb.
Bu kitabdan həqiqətən həzz aldım.
3. Ümumi Azadlıq (Total Freeedom)– Jiddu Krishnamurti
Jiddu-dan başqa bir kitab daha. Jiddu Krishnamurti-nin “Total Freedom”-u, azadlığın əsl mənasına dərindən nəzər salan maarifləndirici və ruhlandırıcı kitabdır. Kitab ağıl, düşüncə, şüur və azadlıq kimi mövzuları çox bəlağətli və poetik şəkildə əhatə edir. Oxucular Krishnamurti-nin sözləri və təlimləri vasitəsilə günümüzdə adi bir şey kimi qəbul edilən azadlıq haqqında daha geniş anlayış əldə edə bilərlər.
Bu kitab Jiddu-nun dünya üzrə etdiyi çıxışların toplusudur. Orada tamaşaçıların sualları və cavabları var. Oxuyarkən özümü orada hiss edirdim. Düşüncə tərzini tamamilə dəyişdirən bir kitabdır.
2. Ömürlük gəzinti (Ride of a lifetime) – Robert Iger
Rober Iger Disney-in baş icraçı direktorudur və məncə başqa sözə ehtiyac yoxdur.
Yəqin ki, bir rəhbər tərəfindən yazılmış ən yaxşı kitablardan biridir! Demək istəyirəm ki, Pixar, Marvel və Lucas films kimi şirkətlərin satın alınması ilə bağlı nə qədər insanın hekayələri var. Üstəlik, Bob heyrətamiz bir yazıçıdır. Görüşləri və vəziyyətləri çox gözəl təsvir edir. Bu kitabın nə qədər möhtəşəm olduğunu sözlərlə izah edə bilmirəm. Daha çox “kütləvi oxucu” üçün nəzərdə tutulan növbəti kitab olmasaydı, şübhəsiz ki, 1-ci yerdə bu kitab olardı. Burada yazdıqlarımdan asılı olmayaraq mütləq oxunmalı bir kitabdır. Mənə sonra təşəkkür edəcəksiniz.
1 İndinin gücü (The power of now)- Eckart Tolle
Bu kitab hər rəfdə olması lazım olan həmin o “klişe” kitablardan biridir. Kitab böyük rekordlar qırıb. Sadə olsa da, dərin kitabdır. Çox axıcıdır, lakin sizi dayanmağa və düşünməyə vadar edir.
Tolle-nin “İndinin Gücü” kitabı bizimlə dərin mənəvi səviyyədə danışan, inanılmaz dərəcədə təsirli və güclü bir kitabdır. Kitabda Tolle öz müdrikliyini bölüşür və bizə həyatımızı indiki anda, əzab-əziyyətsiz, fikrimizi lazımsız şeylərə yayındırmadan, azad yaşamağı öyrədir. O çox aydın və sadə dildə danışaraq, bizə keçmişi və gələcəyi boş verə bilmək, daha şüurlu olmaq üçün həm nəzəri, həm də praktiki məsləhətlər verir.
Ümid edirəm ki, bütün bunlar sizin üçün faydalı oldu!
Pura Vida!