Rashad Mirzayev
  • ENEN
No Result
View All Result
  • Bloq
  • Bioqrafiya
  • Əlaqə
  • Bloq
  • Bioqrafiya
  • Əlaqə
Rashad Mirzayev
No Result
View All Result
Home Bloq

MALİYYƏ və İT-nin gələcəyi – Onlar bir-birini necə tamamlayır?

by Rashad Mirzayev
İyun 29, 2020
FINANCE AND FUTURE OF IT- HOW THEY COMPLEMENT EACH OTHER

FINANCE AND FUTURE OF IT- HOW THEY COMPLEMENT EACH OTHER

Share on FacebookShare on Twitter

Texnologiya doktrinaları müasir həyatın bir çox sahələrində sürətlə inkişaf etməyə davam etməyə başladı. Maliyyə texnologiyanın öz köklərini saldığı əsas sahələrindən biridir; o hətta gələcək haqqında araşdırma qabiliyyətini də gücləndirdi. Maliyyə və İT-nin gələcəyi bir-biri ilə bənzərsiz şəkildə əlaqəli olan iki fakültədir. Əsas sual isə İnformasiya Texnologiyalarının gələcəyi ilə Maliyyənin onun təməlini necə tamamlamasındadır. İnformasiya Texnologiyaları adı altında yeni texnoloji yenilik ortaya çıxmaqda davam edərək Maliyyənin mükəmməlliyini 10-dan çox ölçüdə inkişaf etdirir. İT-nin maliyyə sahəsində tətbiq olunan əsas yanaşmalarına texnoloji nəzəriyyələr tərəfindən irəli sürülən fırıldaqçılığın aşkarlanması və risklərin idarə edilməsi daxildir. Bunların hamısı təhlükəsizliyin inkişafı ilə əlaqədardır.

Daha dərinə getsək, təkcə bank sahəsində üstünlük nümayiş etdirməyə davam edən onlayn əməliyyat prosesləri maliyyə sektorunun İT-nin standartlarından necə asılı olmasının nümunəsidir. Bunun maliyyə sektorunun inkişafı üçün vacib olan ticarətin qloballaşması olduğunu nəzərdə tuturam. Rəqəmsal marketinq strategiyasına gəldikdə isə maliyyə və informasiya texnologiyaları bir-birini tamamlayır. Bu, uğurlu onlayn sahibkarlar və maliyyə quruları tərəfindən istifadə olunan bir vasitədir.

Müxtəlif ölkələrdə fərqli nümunələr var. Məsələn, Almaniyada N26, Rusiyada Tinkoff və Ukraynadakı Moneyveo’-da müxtəlif nümunələr görmüşük. Təəssüf ki, hələlik Azərbaycan nümunələri yoxdur. Lakin mən səbrlə gözləyirəm ki, yüksək səviyyəli komandası və peşəkar yanaşması olan yerli startap tezliklə istifadəyə veriləcəkdir. Əvvəlcə ödəniş platforması kimi başlasa da, son hədd buludlardır. Hər şey planlandığı kimi getsə, bu, gələcəkdə daha geniş xidmətlər təqdim edəcəkdir.

Daim sürətlə dəyişən texnologiyada maliyyənin qəbul etdiyi yanaşma ilə İT-nin gələcəyinin tarazlığı və müşayiəti güclənməyə davam edir. İT tətbiqetməsinin gələcəyi olan süni intellekt narahatlığımızın sübutudur. Maliyyə və İT-nin gələcəyinin yeni, inkişaf etməkdə olan, lakin futuristik tendensiyası olan Blockchain texnologiyasını unuda bilmərik.

Yuxarıda göstərilən tendensiyalar müasir İT-də uğur əldə etmək üçün vacib olan parametrlər arasındakı eksklüziv tarazlığı göstərir. Maliyyə risklərinin idarə edilməsi və azaldılması, İT-nin maliyyənin effektivliyini necə artırdığını göstərən yoldur. Gələcək hələ təzə başlayıb!

Maliyyə və İT-nin gələcəyinin müşayiəti.

Maliyyə balansı və İT-nin gələcəyinin gətirdiyi atmosfer dəqiqliyin tətbiq edilməsi və təşviqi baxımından ciddi şəkildə uzanır. Bundan qabaq İnformasiya Texnologiyalarının bir forması olan blockchain texnologiyası haqqında qeyd etmişəm. Bankçılıq və investisiya qoyuluşlarında ən vacib üstünlüklərdən biri şəffaflıq və maliyyə uyğunluğudır. Məlumatların rəqəmsallaşdırılmasına gəldikdə isə onlayn anbarların inkişafı maliyyə sektorlarına ‘Böyük vaxt’ qazandırdı.

Maliyyə aləmində İnformasiya Texnologiyaları sayəsində texnologiyanın genişlənməsi sürətlə artır və beləliklə də maliyyə kimi balans sektorlarında dəyişikliklər baş verir. Gələcək, maliyyə baxımından ləyaqətlə dolu olan onlayn mərkəzləşdirilməmiş ictimai dəftərlərin və ya daha çox onlayn reyestrlərin inkişafındadır. Risklərin azaldılması, məlumatların azaldılması, maliyyə mənbələrinin mövcudluğu və sair kimi şeylərdən danışıram.

Bir çoxunuz kriptovalyuta haqqında eşitmisiniz. Bunun arxasında duran elm, İT-nin gələcək tendensiyası olan blockchain tətbiqindəki kriptovalyutadır. Bu normaların risk və səhvlərə meyilli olmasına baxmayaraq artıq izləri var. Gələcək maliyyə BT-yə əsaslanır. Bununla da o etibarlı maliyyə mübadiləsini və beynəlxalq əməliyyatları avtonom kriptovalyutalar vasitəsilə genişləndirir.

Maliyyə İt-nin yolu ilə gedir və bu iki paradiqma rəqəmsal maliyyə və valyuta dalğasını təmin etmək üçün möhtəşəm vasitələr üzərində işləyir. Müxtəlif onlayn maliyyə yoxlamalarında bəzi şərtlər bunlardır: KYC müştərini-tanı və AML-çirkli pulların yuyulmasının qarşısını alan İT. Bunlar İT-nin gələcəyi ilə yanaşı yaxın gələcəkdə istifadə ediləcək və dünyanın bütün maliyyə auditoriyalarını tanımağa kömək edəcək onlayn ticarət protokollarıdır. Bu da gələcəyin gözqamaşdıran olacağının sübutudur.

Normal maliyyə sahələrindəki kimi, burada da satıcı və alıcı var. İnformasiya texnologiyası maliyyə etiketlərinə tətbiq ediləndə, konsepsiya yenə eyni, lakin müəyyən proqramlar ilə idarə olunur. Maliyyə və İT-nin gələcəyi satıcı və alıcı arasında idarə edilən proqramlaşdırmanı və ya daha çox kodlaşdırılmış təlimatı yazacaq. Düzgün xidmət edəcək maliyyə razılaşması ağıllı əlaqədir.

Mən süni zəkanı müasir maliyyə və İT-nin gələcək mətbəxi kimi qeyd etmişdim? Bəli, etmişdim. Suni zəka haqqında hamımız bilirik, ancaq onun maliyyə sahəsində tətbiqinin dərk edilməsi və başa düşülməsi heyrətamizdir.

İT-nin sayəsində əhəmiyyətli dərəcədə avtomatlaşdırma əldə edilsə də bu hələ hamısı deyil. Hesablama modelləri böyük məlumatları səhvsiz təhlil etmək və yoxlamaq üçün addım-addım, prosedurlarla hazırlanmışdır. Gələcəkdə maliyyə işçilərinin rolu müştəriləri maliyyə sektoruna cəlb etmək olacaq.

Maliyyə ticarəti maliyyə sektorunda İT-nin dominantlığının real təsviridir. Lap əvvəldən kompüter alqoritmləri inkişaf etdirilməyə davam edirdi, lakin texnologiyanın mövcud miqyası ilə sizin hər biriniz ticarət mühitində istehlakçıların rifahına yönəlmiş tətbiqetməni idarə etmək səviyyəsinə çatacaqsınız. Bünövrəsi İT-dən keçən AI (süni zəka) vasitəsi ilə maliyyədə uğur optimaldır. Unutmayın ki İT bu tətbiqə görə investisiya gəliri (RoI) ilə möhtəşəm fayda verəcəkdir.

Rəqəmsal marketinq möhtəşəm İT infrastrukturu səbəbindən böyüməsi gözlənilən maliyyə fakültəsidir. Doğrudur, bu, artıq uğurla baş verir və bu anlayışı gücləndirmək səyləri maliyyənin və İT-nin gələcəyini həqiqətən inanılmaz hala gətirir. Maşın öyrənməsi və süni intellekt prinsiplərinin köməyi ilə rəqəmsal marketinq strategiyaları satışları hər hansı bir ənənəvi rəqəmsal marketinq yanaşmasından daha çox artıracaq və müştəri qurğusu yaradacaq.

AI (süni zəka) və ML (maşın öyrənməsi)

ML, yəni maşın öyrənməsini İT-nin gələcəyi və maliyyə sahələrinin tətbiqi kimi üzdən qeyd etmişdim. Maliyyə sektorunu məlumat elmi baxımından gözləyən şeylər çox nəhəngdir. Dərin statistik maliyyə modelləşdirilməsinə görə İT-nin bu gələcək üslubu maliyyə ilə əlaqəli müxtəlif nüfuzlu doktrinaları haqqında anlayışlar əldə edə və dəqiq proqnozlar verə biləcək.

Maliyyənin və gələcək İT-nin sarsılmaz əlaqəsi maliyyə fakültəsinə xeyli miqdarda investisiya gəliri gətirəcək və bununla da xərclər programlaşdırılmanın səmərəliliyi səbəbindən azalacaqdır. İT infrastrukturunda istifadəçi təcrübəsinin təbliği ilə hətta adi maliyyə tərəfdaşları də fayda görəcəklər.

Texnologiya ilə bağlı heyrətamiz həqiqət budur ki, iki alqoritmi eyni zamanda tətbiq etdikdə o möhtəşəm nəticələr verir. Süni intellekt və maşın öyrənməsinin birləşməsi maliyyə məsələlərində kritik qərar qəbul etmənin əsasını təşkil edir. Bu yenilikdə görülən tədbirlərlə müəyyən bir maliyyə təşkilatının meyllərini əks etdirmək üçün müxtəlif alqoritmlər hazırlanıb. Bu yanaşma, aktivlərin təhlükəsizliyini və investisiya siyasətinin metodologiyasını təmin edən sektorda məlumatların effektiv təhlilinə kömək edir. Maliyyə və İT-nin gələcəyi ‘ayrılmaz’ bir duetdir.

Sonda isə deyə bilərik ki, maliyyə və İT paradiqmalarının gələcəyi potensial gələcəyin formalaşmasında bir-birini tamamlayır. Onların bir-birinə ehtiyacı var və onlar ayrıla bilməzlər.

Subscribe to my Personal & Professional Blog

We don’t spam! Read our privacy policy for more info.

Check your inbox or spam folder to confirm your subscription.

Previous Post

Nəhəng Domino daşları

Next Post

2020-yə giriş: İstehlakçı Müddəaları

Rashad Mirzayev

Rashad Mirzayev

Related Posts

Meeting your heroes
Bloq

QƏHRƏMANLARIMIZLA ÜZLƏŞƏRKƏN

Mart 7, 2023
Universe 25 & Solitude
Bloq

25-ci Kainat və Təklik

Fevral 15, 2023
My reading list in 2022
Bloq

Kitablar, 2022

Yanvar 23, 2023
Hunter S. Thompson’s Letter on Finding Your Purpose and Living a Meaningful Life
Bloq

HUNTER S. THOMPSONUN MƏQSƏDİNİZİ TAPMAQ VƏ MƏNALI HƏYAT YAŞAMAQ HAQQINDA MƏKTUBU

Yanvar 11, 2023
Patriarch Ponds
Bloq

Patriarx Gölməçələri

Oktyabr 13, 2022
You are not designed to be happy
Bloq

“Xoşbəxt olmaq üçün yaradılmamısan”

İyul 25, 2022
  • Bloq
  • Bioqrafiya
  • Əlaqə

© 2020 Rashad Mirzayev

No Result
View All Result
  • ENEN
  • Bloq
  • Bioqrafiya
  • Əlaqə

© 2020 Rashad Mirzayev