Rassel Brunsonun “Mütəxəssis sirləri” adlı kitabını oxuyarkən “Nəhəng domino daşları” adlı hissədə donub qaldım.
Həmin hissədən bir bəndi təkrarlamaq istərdim.
“İl ərzində ən azı bir milyon dollar qazanana təxminən 120 uğurlu sahibkarlarla dolu bir otaqda oturmuşdum. Bu otaqda ola bilmək üçün lazım olan tələblərdən idi. Təqdim olunan əsas məruzəçilərdən biri 4 saatlıq iş həftəsinin müəllifi Tim Ferris idi. Təqdimatdan sonra o suallara yer verdi. Bir qadın ayağa qalxıb soruşdu: “Ey Tim, xeyli iş görmüş kimi görünürsən. Bəs bütün gün nə edirsən? ”
O anlıq dayandı və sonra yöndəmsiz təbəssümlə dedi: «Gündəlik iş planıma baxsan sıxıntıdan ölərsən. Əksər insanlar hər səhər görülməli olan min bir iş siyahısı ilə gözlərini açırlar. Onlar bütün günlərini bu işləri həll etməyə çalışaraq keçirlər. Mənsə hər səhər oyanıram və meditasiya edirəm, çay və ya qəhvə içirəm. Gəzintiyə çıxıram və bəlkə də bir kitab oxuyuram.» O dedi ki, bütün bunlardan başqa heçnə etmədən 3-4 həftə keçirə bilər. «Mənim bütün məqsədim yavaşlamaq və ətrafa nəzər salmaqdır. Mən edə biləcəyim bütün işləri axtarmaq əvəzinə, Nəhəng Dominonu – dağıda biləcəyim YEGANƏ şeyi müəyyənləşdirə bilsəm digər bütün dominolar ya dağılacaq ya da əlaqəsiz olacaqlar.»
Kitabda olan bu hisəə məni bir az sarsıtdı. Çünki bu mənim hər fürsətdə etməyə çalışdığım şeydir.
Bunu niyə və necə etdiymi izah etməyə çalışacağam.
Şüşə lövhə
Dünən həmkarlarım Arif, Anar və Vurğunla video zənglə söhbət edirdim. Onlara müştərilərin bizdən gözləntilərini izah etməyə çalışırdım və bunu edərkən evimdəki şüşə lövhədəki olan qeydlərimə baxırdım.
Vurğun quraşdırdığım lövhəni bəyəndiyini dedi və bu məni lövhənin məzmununu yenidən araşdırmağa təşviq etdi. Təəssüf ki, lövhənin tam məzmununu burada paylaşa bilmirəm. Buna baxmayaraq, daha sonra “Nəhəng domino” ilə çox uyğunlaşan iki əsas məqama diqqət yetirəcəyəm. Şüşə lövhədə qeydlər, strategiyalar, hansı fəlsəfələr üzərindən yaşamağım və işləməyim yazılıb. Bəzi qeydlər qalıcı, bəziləri isə müvəqqətidir. Bunlardan ikisi aşağıda göstərilib.
1) Sürtünməni azalt
Bunu izah etmək üçün riyaziyyat və fizikanın əsaslarına qayıtmalıyam. Əvvəla, «riyaziyyat yaradılmayıb o kəşf olunub” sitatı bütün zamanların ən yaxşı kateqoriyasına düşür. Fizikaya gəldikdə, bu, məkanda və zamandakı enerji və maddənin öyrənilməsi və onların bir-biri ilə necə əlaqəli olmasıdır. Sürtünmə fizika qüvvələrindən biri kimi kateqoriyaya düşür və Ffrict = µ • Fnorm düsturu ilə müəyyən edilir. İnsani şərtlərdə isə sürtünmə bir səthin və ya cismin digəri üzərində hərəkət edərkən qarşılaşdığı müqavimət deməkdir.
İndi isə sizi yaddaş zolağına və 8-ci sinif fizika dərsinə apardıqdan sonra sürtünməni azaltmaq fikrimə qayıdaraq nə demək istədiyimi izah etməyə çalışacağam.
Mən bütün səmimiyyətimlə inanıram ki, həyatda demək olar ki, hər şey ölçülə biləndir və nəticə etibarı ilə hər fürsət ölçülmüş riskə qarşı qoyulur. Karyeram boyu həmişə ATL-in mənim gündəlik əməliyyatlarda daimi iştirakım olmadan inkişaf edə biləcəyinə əmin olmağa çalışmışam. Etiraf etməliyəm ki, bu çətin məsələdir. Bu çağırışın iki əsas sütunu səmərəli sistemə və effektiv komandaya sahib olduğunuzdan əmin olmaqdır. Əgər əvvəlki yazılarımı nəzərdən keçirmisinizsə, hər fürsətdə bu iki faktora işıq tutmağa çalışdığımı görmüsünüz.
Beləliklə, sürtünməni azaltmaq dedikdə mən əvvəlcədən bilinən yolun və onun səthinin müşahidə edilməsi, eləcə də ən səmərəli alət və təcrübələr (sisteminin) özünlə götürülməsini qərara almağı nəzərdə tuturam. Bu fəlsəfəni praktik və ya praqmatik kimi sadə şəkillərdə qoymaq olar. Ancaq tərifimin daha çox elmi tərəfi var. Bu, gündəlik iş yerinizdən evə, evdən işə – idman salonuna və geriyə, hətta şirkətinizin veb saytında müştərilərin səyahətləri kimi sadə qərarlar üçün tətbiq oluna bilər. Bu əsasən sadəcə səth üzərində sürüşən və sizin daimi nəzarətinizi tələb etməyən bir prosseslə gələn əməliyyatdır.
2) Çıxaraq artırmaq- boşa çıxan səyləri azaldın
«Çıxaraq artırmaq” idman məşqçiləri tərəfindən bəzən komandanıza yeni bir istedad əlavə etməkdənsə, müvəffəqiyyətinizə mane olan və ya müdaxilə edən insan və təcrübələri çıxarmaq mənasında istifadə edilən ifadədir.
ATL qrupda olduğum 9 il ərzində bir çox çətinliklərlə qarşılaşdım. Xüsusən də düzgün idarəetmə tərzi ilə bağlı olanlar eyni zamanda ən məhsuldar və ən çətini idi. Yadıma gəlir, biz 2014-cü ildə çox sürətli böyüməyə başlayanda mən mərkəzləşdirilməmiş bir yanaşmanın öhdəsindən gəlməli idim və buna görə də direktorlar şurası yaratmışdım. O vaxt mənim 25 yaşım var idi və əksər 25 yaşlı gənclər kimi mən də həvəsli, iddialı və təcrübəsiz idim.
İdarə heyəti 3 əcnəbi və 3 yerli direktordan ibarət idi və onların hamısı öz sahələrdə peşəkar idilər. Ancaq qısa müddət ərzində mən başa düşdüm ki, biz daha fərqli mərkəzləşdirilməmiş varianta keçməliyik. İdarə heyətini ləğv etdim və yenisi üçün yol açdım. İş vahidlərinin idarə heyəti tərəfindən yox, icraçı direktor tərəfindən idarə ediləcəyi bir formata keçdim. 2016-cı ildən bu günə qədər biz eyni formatda davam edirirk və böyüməkdəyik. Bu strategiya özünü uğurla sübut edib. Bundan əlavə, bu sistemi tətbiq etməklə mən peşəkar əlaqələrimizi yeni səviyyəyə gətirən daha çox dost və tərəfdaş qazanmışam.
Lövhəmdə olan ikinci qeydə bir çox yanaşma tərzləri olsa da mən ehtiyacdan gələn qərarlar haqqında qısa bir nümunə vermək qərarına gəldim. O dövrlər bu dəyişiklikləri tələb edirdi və mən bu çətinliklərlə qarşılaşdığım üçün şadam.
Nəticə
Lövhədə olan bu iki hissə nəhəng domino daşları ilə çox uyğun gəlir və yaxud da ona aparan yollardır. Lakin bu o demək deyil ki mən də Timinki kimi həqiqətən də çox darıxdırıcı görünən gündəlik rutin arzulayıram. Buna baxmayaraq, onun rahatlıq səviyyəsinə qibtə edirəm. Bizim Timlə ortaq nöqtəmiz həmkarlarımıza olan etibarımızdır. İndiki dövrdə və günlərdə bu çox vacibdir.