Həyatımızda hər şeyin qanunlara tabe olduğunu qeyd etmək bir aksioma ola bilər: yaşadığımız əmlak, istifadə etdiyimiz nəqliyyat vasitələri, aldığımız təhsil, qazandığımız maaş, geyindiyimiz paltar və hətta yediyimiz yemək. Qanunvericiliyin cəmiyyətdəki bütün iştirakçılara təsir göstərdiyini deməyə ehtiyac yoxdur: fərdlərdən tutmuş, beynəlxalq korporasiyalara, həmkarlar ittifaqlarından QHT-lərə və daha çoxuna qədər.
İllər boyu hökumət (xüsusən qanunverici hissə) ilə iş arasında mühüm əlaqəni görmüş bir sahibkar olaraq, dövlət dəstəyi və qanunvericiliyin dəstəyi olduqda
iqtisadiyyatın, xüsusilə də kiçik və orta sahibkarlığın necə çiçəklənəcəyini göstərən dünya miqyasında təcrübədən keçmiş təsirli və ruhlandırıcı hadisələri bölüşmək istərdim.
KOS-lara diqqət ayırmağı seçməyimin səbəbi onların dünya miqyasında milli iqtisadiyyatların dayağı olmasıdır. İqtisadiyyatdakı KOS-ların rolu barədə infoqrafiya və məlumat təqdim etməzdən qabaq ona bir tərif vermək lazımdır. Beləliklə, KOS nədir və onu nə müəyyənləşdirir?
İnvestopediyaya görə – Kiçik və orta sahibkarlıq (KOS) gəlirlərini, aktivlərini və işçi sayını müəyyən bir səviyyədən aşağıda saxlayan biznesdir. KOS-u müəyyən etməyin meyarları ölkələr və sənaye sahələri arasında dəyişir. Məsələn, Avropa Birliyində (AB) 250-dən az işçisi olan biznes KOS hesab olunur, ABŞ-da isə KOS-un 500-dən az işçisi var.
Dünya Bankına görə, xüsusilə də inkişaf etməkdə olan ölkələrdə iqtisadiyyatın əksər sahələrində KOS-lar böyük rol oynayır. KOS-lar dünya miqyasında müəssisələrin əksəriyyətini təşkil edərək iş yerlərinin açılmasında və qlobal iqtisadiyyatın inkişafında vacib iştirakçılardır. Dünyadakı müəssisələrin təxminən 90%-ini və məşğulluğun 50% -dən çoxunu KOS-lar təmsil edirlər.
Rəsmi KOS-lar inkişaf etməkdə olan ölkələrdə milli gəlirin (ÜDM) 40% -ə qədərini təşkil edir. Bura qeyri-rəsmi KOS-lar da daxil olduqda bu rəqəmlər xeyli yüksəkdir. Hesablamalara görə, 2030-cu ilə kimi qlobal işçi qüvvəsini mənimsəmək üçün 600 milyon iş tələb olunur və bu da KOS-ları dünyanın bir çox hökuməti üçün yüksək prioritet halına gətirir. İnkişaf etməkdə olan bazarlarda 10 iş yerindən 7-ni KOS-lar yaradır. Bununla belə, maliyyəyə çıxış KOS-ların böyüməsinə əsas maneədir. Bu, inkişaf etməkdə olan bazar və ölkələrdə KOS-ların işlərini böyüdə bilməsi üçün ən çox qeyd olunan ikinci əngəldir.
İndi isə iqtisadiyyatların və KOS-ların dövlət dəstəyindən necə istifadə etdiyinə dair bəzi nümunələri təqdim etmək və müasir iş ekosisteminin ehtiyacları üçün qanunvericiliyin yenilənməsinin vacibliyi barədə fikirlərimi bölüşmək istərdim.
BBC-yə görə, 2010-cu ildə Rüstəm Minnixanov öz fikrini elektron hökumətdə paylaşmışdı – «Düzgün idarəetmə qərarlarını qəbul etmək üçün tam məlumatınız olmalı olduğunu hiss etdim. Bu məlumat sizə tez gəlib çatdığı kimi sizdən tez də getməlidir.»
Sözsüz ki, qısa müddət ərzində elektron hökumətə keçidin ən yaxşı nümunələrindən biri Tatarısandır. Ancaq zehin dəyişməsi və vaxtında edilmiş keçidlə bağlı dəqiq qərarlar kifayət deyil. Bütün bunların arxasında dəstək göstərən qanunvericilik dayanır.
Bu cür əvəzetmələr özəl sektorun və ictimai xidmətlərin inkişafı baxımından çox vacibdir.
Vaxt var idi ki, iş və hökumət bir-birinə paralel fəaliyyət göstərən,çox fərqli xüsusiyyətlərə və funksiyalara sahib olan iki ayrı qurum kimi göstərilirdi. Ən başlıca mövzu isə biznesin və siyasətin iki ayrı Venn diaqramına bənzəməsi idi. Onların üst-üstə düşməsi minimal idi. Danılmaz faktdır ki, bu gün biznes və hökumət əvvəlkindən daha çox bir-biri ilə qarşılıqlı əlaqədədir. Daha ikisi arasındakı əlaqə iki ayrı Venn diaqramları kimi müqayisə edilmir. Əksinə, münasibətlər ən yaxşı halda iki Venn diaqramı arasındakı ümumi kəsişməyə bənzədilir.
Bu müasir günlərdə, Nikolay Starikovun sözlərinə istinadən, geosiyasət geoiqtisadiyyata çevrilib və buna görə də biznesləri hökümətlərlə uyğunlaşdıran iki əsas xüsusiyyət var – dəyər (gəlirlilik) və ekkeftivlik.
Bəs idarəetmə və qanunvericiliyin incə sənəti müəssisələrə necə kömək edə bilər?
Hüquq infrastrukturundakı dəyişikliklər nəinki düzgün təhlil edilməli, həm də zərurət yarandıqda düzgün zamanda göndərilməlidir. Tarix boyu Birləşmiş Ərəb Əmirliklərinin etdiyi kimi.
Şeyx Məhəmməd transmilli şirkətləri cəlb etmək üçün hazırlanmış əhəmiyyətli strategiya sayəsində Dubayı uğurlu şəkildə Yaxın Şərqin qlobal biznes mərkəzinə çevirdi. 1980-ci illərin əvvəllərində Məhəmməd, Cəbəl Əli limanını Dubayın ilk “azad bölgəsi» elan edərək ona yeni bir can verdi.
Sadəcə Dubaya baxaraq Cəbəl Əli sərbəst zonasının yaradılmasının yeni azad zonaların çoxalmasına səbəb olduğunu görə bilərik. Bu ödənişsiz zonalar arasında internet şəhəri, mülkiyyət və vergi ilə bağlı üstünlükləri olan internet texnologiya sahəsi, Dubay media şəhəri, dünya mediasında Dubayın iştirakını artırmaq üçün azad vergi zonası, su anbarları və limanları da daxil olmaqla bir çox obyektə sahib olacaq Dubay dənizi və nəhayət 2002-ci ildə açılan beynəlxalq nəhəngləri cəlb etmiş Dubay beynəlxalq maliyyə mərkəzi (DIFC) var.
Sərbəst zonalar bir çox ölkələrdə şirkətlərin sadəcə vergidən azad olunduğu sahələr idi. Lakin Dubayda korporativ və gəlir vergisi əvvəldən yox idi; hökumət əsasən dövlət müəssisələrinin mənfəəti, neft gəlirləri və spirtli içkilərdən alınan vergilərlə ilə maliyyələşdirilirdi. Bununla birlikdə, yeni sərbəst zonanın daxilində liman biznesinə yönəldilmiş və xüsusi hazırlanmış mülki hüquqi məcəlləyə əsasən, Qərbdə olduğu kimi biznes qurmaq olardı. Cəbəl Əli yeni rejim altında inkişaf edərək dünyanın ən işlək limanlarından birinə çevrildi. Bu gün o, illik 10 milyondan çox konteyner göndərilməsini emal edir.
Nəhayət, 2002-ci ildə Məhəmməd hər hansı bir əcnəbinin Dubayda əmlak sahibi olmasına icazə verən torpaq islahatı həyata keçirdi. Bu Körfəz əyalətində bir ilk idi.
Buna baxmayaraq, yuxarıda göstərilən bütün dəyişikliklərin və Dubaydakı uyğunlaşmaların müvəffəqiyyəti müzakirə edilməli olsa da son nəticə istənilən tərəfdən heyran edir. Bununla belə, bu dəyişikliklərin uğurlu hərəkətə keçməsi üçün qanunvericilikdə radikal və sürətli əməliyyat tələb olunurdu.
Lakin, Dubay sözün həqiqi mənasında aparıcı ailəsi üçün “süzgəc” idi və bu, böyük uğurla nəticələndi. Bununla birlikdə, əksər ölkələr kiçik və orta sahibkarlığın inkişafı ilə çiçəklənməyinə güvənirlər, hansı ki, böyük mənzərəyə baxdıqda domino effekti verə bilər.
Aşağıdakı infoqrafiya mənim fikrimi müəyyən dərəcədə əks etdirir.
Hər hansı idarəedici dövlət, dost ekosistemin mövcud vəziyyətini qiymətləndirmək üçün KOS-a aşağıdakı vacib sualları verməlidir.
- Bir yerli/xarici vətəndaş üçün iş qurmaq və fəaliyyət göstərmək nə qədər asandır?
- Birinci sualı yüngülləşdirmək üçün qanunvericilik və vergi sistemi nə qədər şəffaf və adekvatdır?
- Qanunvericilik sistemi qonşu ölkələrdən və ya regional rəqiblərdən daha əlverişlidirmi?
Bəli dübbədüz! Bu kvant fizikası deyil. Mənim məlumat bazam qanunvericilik, vergi və ya dövlət sektorunda olmasa da, illər ərzində bir sahibkar olaraq düzəldilməli olan müxtəlif “nöqsanlara” rast gəlmişəm.
Nəticədə Sinqapur, Estoniya, Dubay və bəzi yeni yaranan Avropa ölkələri kimi araşdırıla biləcək onlarla hadisə var. Lakin, bu işlərin hamısında zirvə dövlətin uzunmüddətli məram və məqsədlərindən irəli gələn qanunvericilikdəki köklü dəyişikliklər etməsindədir.
Sərbəst zonaların yaradılması – Dubay
Kripto valyuta qanununun qəbul edilməsi – Belarusiya
Elektron vətəndaşlığın yaradılması – Estoniya
Elektron hökumətə tam keçid -Tatarıstan
Yuxarıda qeyd olunanlar sadəcə nümunələrdir və son 20 ildə baş verən bu köklü dəyişikliklərin hamısı ciddi şəkildə qanunvericiliyə və texnikaya güvənmişdir. Buna görə də biz bunu nəinki başa düşməli həm də qəbullanmalıyıq. Biznes və iqtisadiyyatla bağlı qanunvericilik təfsir edilə bilməz. O aydın olmalı və iki əsas məqsədə qullu etməlidir – ədalət və tərəqqiyə.
Sonda isə icazə verin bunu da deyim:
Tez qalib olma istəyi və qısamüddətli yanaşma uzunmüddətli nəticələr verməyəcəkdir.