İllər boyu bir çox həmyaşıd və həmkarlarımın öz bizneslərinə fərqli səbəblərdən irəli gələn impuls kimi başladıqlarını müşahidə etmişəm. Bəziləri qarşısındakı fürsətdən yapışdı, bəziləri ən yaxşı bacarığından istifadə etdi, bəziləri isə gündəlik işindən bezdi. Mən eyni zamanda həm uğurlu, həm də uğursuz bir çox müəssisə qurmuşam və idarə etmişəm. Bir şeyi əminliklə deyə bilərəm- təşəbbüskar səyahət heç vaxt o hipotetik “ideal dünya” barədə gözləntini qarşılamır.
Ümumiyyətlə, bu səyahətə dumanlı qərarlar və gerçək olmayan gözləntilərlə başlayan sahibkarlar əvvəlcə bir il sonra isə beş il ərzində sağ qalmaq mübarizəsi yaşayırlar. “Forbes” in məlumatlarına görə, müəssisələrin yalnız yarısı 45,4% -dən 51% -ə qədər dəyişərək beş illik nişandan keçib, 75% müəssisələr isə ilk ildən uğursuzluğa düçar olur. Ən çox rast gəlinən hal isə bir işi necə qurmaq və gündən-günə uğurlu idarə etmək barədə məhdud biliklərdir. Aydındır ki, səhv fikirlərə və yanlış hesablamalara görə reallığın mənim gözləntilərimin yaxınlığından belə keçmədiyini görəndə mən də bu halı yaşamışam.
Gündəlik işinizdə ilişib qaldığınızı, maddi ehtiyaclarınızın təzyiqini hiss edirsinizsə və ya fürsət qarşısındasınızsa yeni bir iş qurmaq üçün bundan cazibədar heçnə yoxdur. Buna görə işin ideya mərhələsində nəzərdən keçirəcəyim məqamlar aşağıdakılardır.
1 Məqsəd – niyə, nə və necə
Yeni biznes qurmaq həvəsinizdən asılı olmayaraq, əsas məsələ potensial müştəriyə müraciət edəcək bir məhsulun/xidmətin yaradılması olmalıdır. Ən başlıcası, “niyə” amilinin nə olduğunu, sizin hansı dəyərləri təmsil etdiyinizi və sizi rəqabətdən nəyin fərqləndirdiyini anlamalısınız. Bunun ardınca bazara nə verəcəyinizi və bunun necə olacağını təhlil etməlisiniz. Məhsulun / xidmətin yalnız fiziki çatdırılmasına deyil,gün sonunda şirkətinizin kimliyinə çevriləcək çatdırdığı mesaja diqqət yetirməlisiniz,
2 Biznesi anlayın
Bu başlıqla demək istəyirəm ki, yalnız yaratmaq istədiyinizi deyil, həm də bazarı və rəqabəti başa düşməyə və qiymətləndirməyə çalışmaq lazımdır. Dahi iş imkanınızın görünən bir rəqabəti olmasa belə, əvvəlki oyunçuların bu sahədə niyə uğursuz olduğunu və ya bu bazarın bu günə qədər niyə toxunulmamış qaldığını başa düşməyə dəyər. Uzun sözün qısası, tədqiqat və informasiya əsas açardır! Müasir dünyada araşdırmalarınız informasiya və məlumatlarla dəstəklənməlidir. Bu yalnız beyin fırtınası sessiyalarından və müvafiq sahələrdəki insanlarla aparılan müzakirələrdən ibarət olmamalıdır.Bəzən tədqiqat sahəniz o qədər kiçik ola bilər ki, “minimuma endirilmiş nümunə ölçüsü” sizə yalan məlumatlar, yalnış gözləntilər və ekosistem haqqında yanlış informasiyalar verə bilər.
3 Hər işi özünüz etməyin
Şəxsi təcrübəmdə həmişə ən yaxşı komanda yoldaşlarını seçməyə çalışmışam. Şərqi Avropanın baş əməliyyat işçilərini, Hindistanın baş maliyyə işçilərini, yüksək dərəcəli idarəçiləri, Böyük Britaniya və Avropanın ən yaxşı universitetlərindən olan MBA məzunlarını,eləcə də Azərbaycanın təklif edə biləcəyi ən yaxşı texniki komandanı yaratmaq üçün baş firmaların xidmətlərindən istifadə etmişəm. Buna baxmayaraq, bu hamı və hər kəs üçün belə olmaya bilər. Böyüklüyündən və kapital bölgüsündən asılı olmayaraq qurduğunuz komanda bir birini tamamlamalıdır. Hər bir komanda üzvü, üzvü olduğu təşkilata dəyər qatmalıdır. Bundan əlavə, bu dəyərlər bir-birini tamamlamalıdır. Məsələn, əgər bir startap qurursansa və komandada heç kim rəqəmsal marketinq və ya maliyyə anlayışına sahib deyilsə, mütləq bu boşluğu doldurmaq üçün hərəkətlərinizi və strategiyanızı yenidən nəzərdən keçirməlisiniz.
Yeri gəlmişkən, ATL Qrupunun bütün üzvlərinə və ya əvvəllər üzvü olmuş hər bir kəsə təşəkkür edirəm. Mən sizdən çox şey öyrənmişəm və belə istedadlı komandanın bir hissəsi olduğum üçün qürur duyuram.
4 Yol xəritəsi
Sadə və asan. 1,2,3 və 5-ci illərdə nail olmaq istədikləriniz üçün nə edəcəyinizi müəyyənləşdirin. Onları real və əlçatan edin. Araşdırma və teslərlə bir daha yoxlayın. Sonrasında isə, əgər risk götürməyə dəyərsə, risk edin!
5 Risklər və icra problemləri
Risk faktorunu qeyd etdiyimizə görə, qarşınıza çıxa biləcək bütün risklərdən xəbərdar olmalısınız. Bundan əlavə, işiniz başladıqdan sonra müştəri təcrübəsi və gözləntilərindən yarana biləcək bəzi dəyişikliklər və ya “təmizlik” tələb oluna bilər. Bu halda, əgər lazımdırsa, çevik və elastik olmalısınız. Əgər ilkin fikirləriniz sizi aşağı aparırsa bunda ilişib qalmayın. Siz həmişə müştərini dinləməli və məlumatları ehtiva etməlisiniz. Bunu unutmayın.
6 Maliyyə
Bir işə başlamazdan əvvəl maliyyə vəziyyətinizi aydın şəkildə anlamaq və biznesə ayıracağınız vəsait mənbələrini qiymətləndirmək vacibdir. İnvestisiya cəlb edə bilmək yaxşı fikirdir ancaq bu yanaşmanın nəticələrini dəqiq qiymətləndirməlisiniz. Əvvəlcə qiymətləndirmə mərhələsi peşəkarlıqla hesablanmalıdır və nəhayət, dəstəklədiyiniz istənilən tərəfdaş sizin biznesinizə bu və ya digər yolla dəyər qatmalıdır. Bundan əlavə, ən azı 6 ay əməliyyat aparmaq üçün müəyyən bir likvidliyə sahib olmalı, eyni zamanda dərhal gəlir əldə etməyəcəyinizi bilməlisiniz. Məsləhətimin bu hissəsinə “kitabla” yaxınlaşmalı, maliyyə qərarlarınızın proqnozlarını qiymətləndirmək və yaratmaq üçün bütün standart maliyyə hesablamaları və düsturlarından istifadə etməlisiniz.
Bundan əlavə, unutmayın ki, sahibkarlığa sadəcə həvəsli olmağınız xəyalınızdakı fikrinizi biznesə çevirmək üçün kifayət etməyəcəkdir. Yeni bir işə başlamaq ehtiras və bütünlükdən daha artığıdır. Sahibkarlıq səyahəti başladıqdan sonra, aydın mənzərənin dərk edə bilmə və risk götürmə qabiliyyəti bacarıqlı sahibkarları həmyaşıdlarından ona görə ayırır ki, onlar öz ideyalarını səmərəli bir müəssisə halına gətirirlər.