Rashad Mirzayev
  • ENEN
No Result
View All Result
  • Bloq
  • Bioqrafiya
  • Əlaqə
  • Bloq
  • Bioqrafiya
  • Əlaqə
Rashad Mirzayev
No Result
View All Result
Home Bloq

Yerli İnformasiya Texnologiyaları Ekosistemində ATL-in rolu

by Rashad Mirzayev
Fevral 6, 2020
Atl’s-role-in-the-development-of-the-local-it-ecosystem

Atl’s-role-in-the-development-of-the-local-it-ecosystem

Share on FacebookShare on Twitter

Mur qanunu nədir?

Mur Qanununa görə komputerlərdə olan mikroçip tranzistorların sayı hər iki ildən bir ikiqat artsa da, kompüterlərin dəyəri yarıya düşür. Mur qanununda deyilir ki biz komputerimizin sürətinin və imkanlarının hər iki ildən bir artacağını eləcə də, buna görə daha az ödəyəcəyimizi gözləyə bilərik.

İntel şirkətinin təsisçisi dəyişikliklərin hər iki ildən bir baş verəcəyini bildirsə də, dot com bubble (internetin kütləvi qəbulu)-nun tempi xeyli artmışdır.

Yuxarıda göstərilən tarixi dəyişikliklər investorlara və sahibkarlara böyük imkanlar yaratdı. Dəyişikliyə məhəl qoymayanlar üçün isə nəticələr ölümcül idi.

ATL Qrupun-un fəaliyyətinin ikinci ilindən sonra, hazırda bölgənin ən böyük proqram şirkətlərindən biri olan ATL Tech-i (2013) yaratmaq qərarına gəldik.

ATL Tech qrupumuzun aparıcı qüvvəsidir və fəaliyyətə başladığı ilk gündən Azərbaycanda İT ekosisteminin inkişafına öz töhfəsini verir.

2013-cü ildən başlayaraq çalışdıq ki ən yaxşıları işə götürək.İşçilərin cəlb edilməsi vacib olsa da, biz onları yenidən öyrətmək və əlimizdə saxlamaq üçün əlimizdən gələni etdik. Buna baxmayaraq uğurlu şəkildə daxili təcrübə proqramına start verdik.

2015-ci ildən etibarən təcrübə proqramına ən yaxşı universitetlərin ən yaxşı tələbələrini qəbul etdik.

Ümumimilikdə 142 tələbə aşağıdakı partnyor universitetlərdəndir: Azərbaycan Diplomatik Akademiyası (ADA), Azərbaycan Texniki Universiteti (AzTU), Xəzər Universiteti, Bakı Mühəndislik Universiteti (BMU), Bakı Ali Neft Məktəbi (BANM). Bu təcrübəçilərin 30-dan çoxu ATL Qrup-dan iş təklifləri aldılar, digərləri isə real proyektlərimizdə onlara da rol verdiyimiz üçün təcrübələrini artırmaqla iş imkanlarını xeyli artırdılar.

Bundan başqa, karyeralarını davam etdirmək üçün xaricə mühacirət etmiş keçmiş işçilərimizin də statistikasını saxlamışıq. 2015-ci ildən (valyuta devalvasiyası ilə birbaşa əlaqəlidir) qeyd etməyə başladıqdan bəri 29 komanda üzvü Accenture, EPAM, Volvo, SAP, Ernts & Young və s. kimi şirkətlərdə işləmək üçün Azərbaycandan köçmüşdür.

Təcrübəçi və kadr dəyişikliyindən asılı olmayaraq, sənayenin inkişafı və onun peşə sahiblərinin yetişdirilməsi istiqamətində izlərimizi artırmağı planlaşdırırıq.

Ancaq diqqəti təhsili mükəmməlləşdirməyə və fokuslanmağa yönəltməzdən əvvəl ekosistemə verdiyimiz töhfələri vurğulamaq istərdim.

ATL Tech, Azərbaycanda olan ilk İT sürətləndiricisinin “SUP.az” -ın (2014) təsisçisi oldu hansı ki, sonradan Innoland-ın sakininə çevrildi.

SUP-un qurucusu ilə tərəfdaşlığa başlamazdan əvvəl, startuplara yönəlmiş bir çox tədbirin sponsoru olduq. Bunu iki sadə səbəbə görə etdik. Birincisi, investisiya imkanlarına birbaşa çıxış əldə etmək, ikincisi isə Azərbaycanda sənayenin böyüməsini və inkişafını asanlaşdırmaq üçün.

İndiyə kimi özümüzü yerli startaplara potensial investor kimi təqdim edirik və əldə etdiyimiz hər bir şansdan istifadə edirik. İndiyə qədər həm Azərbaycan, həm də San-Fransisko əsaslı bir neçə şirkətə investisiya etmişik. Bundan əlavə, gələcək yazılarımda startaplar & ATL Qrupun ABŞ əsaslı müəssisələri mövzusunu da əhatə edəcəm.

2019-cu il ATL Tech üçün çox məhsuldar oldu və biz ATL Akademiyası adlı yeni bir müəssisəni istifadəyə verdik. Eləcə də,texnologiya sənayesi üçün Expertech adlanan görüş platforması yaratdıq.

ATL Akademiyası 2019-cu ilin dekabr ayında fəaliyyətə başlayıb və biz artıq tələbələrin yüksək tələbatı ilə qarşılaşırıq. Daimi olaraq yeni istedadlar axtardığımız üçün , ATL Tech-ə fayda gətirəcək xüsusi kurslara uzun müddətli diqqət yetirməyə qərar vermişik. Bundan əlavə, biz texnoloji təhsili sərfəli bir fürsət kimi müşahidə edirik. 2020 üçün seçdiyimiz əsas kurslar C #, Java, Python, AWS, məhsulun idarəedilməsi, interfeys və şəbəkənin əsaslarıdır. Bu kursları tədris edərək məzunlarımızın təkcə bacarıqlarını gücləndirmələrini yox arzuladıqları işə çatmaq üçün şanslarını ikiqat artırmağını da təmin etmək istəyirik.

Qrup şirkəti olaraq Akademiyanı böyük bir potensiala sahib və yüksəlməkdə olan bir qurum olaraq nəzərdən keçiririk. Bunun birbaşa texnoloji şirkət tərəfindən dəstəklənən yeganə akademiya olmasını yəqin ki, deməyə ehtiyac yoxdur. Bu, nəinki açıq aydın məşğulluq şansıdır, bununla yanaşı, biz sənayedə real həyat nümunələrini də nümayiş etdiririk.

Sənayeyə gəldikdə isə, 2019-cu ilin əvvəllərindən belə bir nəticəyə gəlmişik ki, cəmiyyətə və sənayeyə əlavə dəyər vermək baxımından etdiyimiz və əldə etdiyimiz işlər kifayət qədər deyil. Bundan əlavə, ölkədə texnologiya sənayesi və ona olan maraq sürətlə böyüyür. Komandamız daha çox dəyər yaratmaq adına bilik və təcrübələrini bölüşməkdə maraqlıdır. Bu səbəbdən də biz «Expertech» platformasını yaratmışıq. Əsasən iştirakçılar üçün aylıq olaraq ödənişsiz görüşlər yaradırıq və bu sahədə olan yüksək səviyyəli idarəçiləri bilik və təcrübələrini bölüşməyə dəvət edirik.

İndiyə kimi Google, Microsoft, EY Hollandiya, Cisco və həm yerli, həm də özəl təşkilatlardan qonaqlarımız olub. Bizim işimizə töhfə verən bütün məruzəçilərə təşəkkür edirəm və sizi əmin edirəm ki, expertech-i yeni zirvələrə yüksəldəcəyik. Görüşlər əvvəlcədən sosial media hesablarımızda elan edildiyi üçün indiyə kimi 500-dən çox insan görüşlərə gəlib. Bu sahə ilə maraqlanan istənilən insan görüşlərə qoşula bilər.

2013-cü ildən bəri sənayeyə dəyər qatmaq üçün etdiyimiz işləri sizinlə bölüşdüm. Bundan sonra isə ATL Tech-də gördüyümüz daxili işlərə diqqət yetirmək istərdim. İlk gündən etibarən satdığımız hər şeyin bizim intellektual mülkiyyətimiz olduğuna əmin olmaq istəyirik. Bu da o deməkdir ki,proqram məhsullarını sıfırdan inkişaf etdirməliyik. İndiyə qədər portfoliomuzda Azərbaycan istehsalı olan 10 proqram məhsulu yaratmışıq. 2020-ci ildə portfoliomuzdakı məhsulları ikiqat artırmağı planlayırıq və bunlarının hamısı eyni brendləşəcək.

Bundan əlavə, yaratdığımız məhsuların yüksək ixrac potensialına sahib olduğundan əmin olmalıyıq. Bu strategiyanı tətbiq etməklə biz ATL Group olaraq müştərilərimizin İT infrastrukturu və proqram təminatına texniki dəstək məsələlərinə gəldikdə gündəlik olaraq Azərbaycanlı müştərilərinin ehtiyaclarını təmin etmək imkanları olmayan xarici satıcılardan asılı olmadığından əmin olmaq istəyirik. Bir çox müştərilər elə bu səbəbdən bizimlə əməkdaşlıq edirlər. Bu günlərdə neft üzərindən yönləndirilən iqtisadiyyatla biz də öz üzərimizə düşən vəzifəni yerinə yetirmək üçün əlimizdən gələni edirik.

Sonda isə, qürurverici nailiyyətlərimizdən birini bölüşmək istəyirəm. 2019-cu ilin birinci rübündən etibarən süni intellekt (AI) üzərində işləmək üçün ADA Universiteti ilə birgə uğurlu bir komanda topladıq. Qrupun əsas diqqəti Azərbaycan dilində olan nitqi mətn kimi tanıyan bir platforma yaratmaq idi. Bu yaxınlarda ortalama dəqiqlik səviyyəsində 90%-a qədər çatmışıq. Bu da o deməkdir ki, sistemimiz Azərbaycan dilini mükəmməllik dərəcəsində anlayır. Eyni texnologiyalar google və Siri tərəfindən də istifadə olunur, lakin bu platformalarda Azərbaycan dili prioritet deyil. Buna görə də texnologiyamızın ölkənin müxtəlif sahələrində tətbiq olunmasına böyük ümid bəsləyirik.

Qısa müddət ərzində istədiyimiz yerə yaxınlaşsaq da, təkcə ATL kimi deyil, bütün bir sahə kimi irəli getmək üçün daim açıq fikirli və müsbət dəyişiklikdə olmalıyıq. Rifah və innovasiyanın zəruri hissəsi olan təhsili görməzdən gəlməməliyik.

Subscribe to my Personal & Professional Blog

We don’t spam! Read our privacy policy for more info.

Check your inbox or spam folder to confirm your subscription.

Previous Post

Davamlı İnnovasiya: İnsanlar, İdarəetmə və Texnologiya

Next Post

“Azərbaycan və San-Fransiskoda bir neçə startapa investisiya qoymuşuq”

Rashad Mirzayev

Rashad Mirzayev

Related Posts

Meeting your heroes
Bloq

QƏHRƏMANLARIMIZLA ÜZLƏŞƏRKƏN

Mart 7, 2023
Universe 25 & Solitude
Bloq

25-ci Kainat və Təklik

Fevral 15, 2023
My reading list in 2022
Bloq

Kitablar, 2022

Yanvar 23, 2023
Hunter S. Thompson’s Letter on Finding Your Purpose and Living a Meaningful Life
Bloq

HUNTER S. THOMPSONUN MƏQSƏDİNİZİ TAPMAQ VƏ MƏNALI HƏYAT YAŞAMAQ HAQQINDA MƏKTUBU

Yanvar 11, 2023
Patriarch Ponds
Bloq

Patriarx Gölməçələri

Oktyabr 13, 2022
You are not designed to be happy
Bloq

“Xoşbəxt olmaq üçün yaradılmamısan”

İyul 25, 2022
  • Bloq
  • Bioqrafiya
  • Əlaqə

© 2020 Rashad Mirzayev

No Result
View All Result
  • ENEN
  • Bloq
  • Bioqrafiya
  • Əlaqə

© 2020 Rashad Mirzayev